Zürafənin nasosu

w3layouts

Zürafə beş metrə çatan boyuyla quruda yaşayan ən böyük heyvanlardandır. Heyvanın yaşaya bilməsi üçün ürəyindən iki metr yuxarıdakı beyninə qan göndərməsi vacibdir. Bunun üçünsə qeyri-adi gücə malik bir ürəyə ehtiyacı vardır. Necə ki, zürafənin ürəyi 350 mm civə sütunundakı bir təzyiqlə qan nasoslayacaq qədər güclüdür.
Normalda bir insanı öldürə biləcək qədər güclü olan bu sistem, xüsusi bir yerdə yerləşir. Həmin bu yer, təzyiqin ölümcül təsirinin aradan qaldırılması üçün kiçik damarlarla əhatələnmişdir.
Başdan ürəyə qədər gedən hissədə; yuxarıya gedən və aşağıya enən damarların meydana gətirdiyi bir U sistemi mövcuddur. Əks istiqamətdə axan qan damarları ümumi təzyiqi nizamlayar, beləliklə də, heyvan ani qanaxmalara səbəb olacaq daxili təzyiqdən xilas olmuş olar.
Ürəkdən aşağıda yerləşən qisimdə isə, çox qalın olmadığından, ayaqların və ayaqların da xüsusi müdafiəyəyə ehtiyacı vardır. Zürafənin ayaqlarını və ayaqlarını əhətə edən dərinin olduqca qalın olması onu qan təzyiqinin mənfi təsirlərindən qoruyur. Həmçinin damarların içində, güclü qan axımını dayandıraraq təzyiqi nəzarət altına alan qapaqcıqlar da mövcuddur.
Əsl böyük təhlükə isə, heyvan su içmək üçün başını yerə qədər endirdiyində ortaya çıxar. Normalda beyin qanaxmasına səbəb olacaq qədər güclü olan qan təzyiqi, bu vəziyyətdə daha çox artar. Amma bu təhlükə qarşısında qüsursuz bir tədbir alınmışdır. Bədəndə ifraz olunan "sefaloraşidien" adlı maye dövrəyə girər və ürəyin həcmini kiçildərək vurulan qanı azaldar. Digər tərəfdən isə heyvanın boynunda, başını aşağı əydiyi vaxt dövrəyə girən xüsusi qapaqcıqlar vardır. Bu qapaqcıqlar qanın axım sürətini böyük ölçüdə azaldar və beləliklə də, zürafə rahatlıqla su içib başını yenidən yuxarı qaldıra bilər. Zürafənin müxtəlif qatlardan ibarət olan damarlarının qalınlığı da, yenə bu yüksək təzyiq təhlükəsinə qarşı alınmış bir tədbirdir.

Geri