Sadələşdirilməz kompleksliyə bir nümunə: Xərçəng gözü

Canlılar aləmində bir-birindən çox fərqli göz tipləri vardır. Biz əsasən onurğalılara məxsus olan "kamera tipli göz" quruluşunu bilirik. Bu quruluş işığın sınması prinsipiylə çalışır. Çöldən gələn işıq, gözün ön hissəsindəki göz büllurundan sınaraq keçər və bu sayədə gözün arxa qismində cəmləşər.
Ancaq bəzi canlıların gözlərindəki mexanizm daha fərqli sistemlərlə işləyər. Bu dizayn nümunələrindən biri xərçəngin gözündə vardır. Xərçəng gözü, "sınma" deyil, "əks olunma" prinsipiylə işləyir.
Xərçəng gözünün ilk diqqət çəkən xüsusiyyəti, səthinin çox sayda kvadratdan meydana gəlməsidir. Bu kvadratlar olduqca düzgündür. Bununla əlaqədar olaraq “astrophysical journal” adlı jurnalda belə bir bənzətmə edilmişdir:
"Xərçəng gözü, təbiətdə başqa bir yerdə rast gəlinməyən fövqəladə bir həndəsi quruluşa sahibdir. Gözləri kvadrat formada olan kiçik hissələrdən ibarətdir, belə ki, bunlar qüsursuz bir qrafik kağızını xatırladır"(2).
Xərçəng gözü üzərindəki bu düzgün kvadratlar, əslində bir kvadrat prizmanın ön səthidir. Bu quruluş, arıların pətəklərinə bənzədilə bilər. Bir pətəyi gördüyünüzdə əvvəlcə yalnız altıbucaqlı bir səthlə qarşılaşarsınız. Ancaq bu altıbucaqlı səthlər, əslində içəriyə tərəf dərinliyi olan altıbucaqlı prizmaların səthləridir. Xərçəng gözünün fərqi, şəklin altıbucaqlı deyil, kvadrat olmasıdır.
İşin daha da maraqlı tərəfi isə, xərçəng gözündəki bu kvadrat prizmaların hər birinin daxili səthinin "güzgü" quruluşunda olmasıdır. Bu güzgü bənzəri səthlər işığı güclü şəkildə əks etdirir. Bu dizaynın ən əhəmiyyətli nöqtəsi isə, bu güzgüvari səthlərdən əks olunan işığın, daha arxa tərəfdəki torlu qişa üzərinə qüsursuz bir şəkildə fokuslanmasıdır. Gözün içindəki bu prizmalar elə bir bucaq altında yerləşdirilmişdir ki, hamısı işığı xətasız bir şəkildə tək bir nöqtəyə əks etdirir.
Buradakı dizaynın nə dərəcədə fövqəladə olduğu bizə görə açıq şəkildə ortadadır. Hamısı qüsursuz bir kvadrat prizma olan hüceyrələrin daxili, güzgü xüsusiyyəti göstərən bir toxuma ilə örtülüdür. Üstəlik, bu hüceyrələrin hər biri, işığı eyni nöqtəyə əks etdirmək üçün çox incə bir həndəsi ölçü ilə öz yerlərinə yerləşdirilmişdir.
Xərçəng gözünün bu quruluşunu ilk dəfə olaraq ətraflı şəkildə araşdıran elm adamı, İngiltərədəki Sasseks Universitetindən tədqiqatçı Michael Landdir. Land, bu göz quruluşunun son dərəcə təəccüblü və heyranedici bir dizayna sahib olduğunu bildirmişdir.(3)
Xərçəng gözündəki bu dizaynın təkamül nəzəriyyəsi üçün çox böyük bir problem meydana gətirdiyi isə açıq bir həqiqətdir. Əvvəlcə, göz, "sadələşdirilə bilməz komplekslik" xüsusiyyətinə malikdir. Əgər bu gözün ön hissəsindəki kvadrat hüceyrələr olmasa, ya da bu hüceyrələrin əks etdirmə xüsusiyyəti olmasa və ya arxadakı torlu qişa təbəqəsi olmasa, göz heç bir şəkildə funksiya yerinə yetirməyəcəkdir. Dolayısilə xərçəng gözünün "mərhələli şəkildə" meydana gəldiyi irəli sürülə bilməz. Bu cür mükəmməl bir dizaynın bir anda təsadüfən meydana gəldiyini irəli sürmək isə, tamamilə ağılsızlıqdır. Aydındır ki, xərçəngin gözü bu mükəmməl sistemlə birlikdə yaradılmışdır.
Xərçəng gözünün təkamül iddiasını etibarsız hala salan başqa xüsusiyyətləri də vardır. Bu gözün hansı canlılarda olduğunu araşdırdığımızda, çox maraqlı bir mənzərə ilə qarşılaşarıq. Xərçəng nümunəsi üzərində araşdırdığımız "əks etdirmə tipli göz quruluşu", yalnız "xərçəngkimilər sinfi" olaraq bilinən dəniz canlılarının "çənəayaqlılar" ailəsində müşahidə olunur. Bu ailədə xərçənglər və krevetlər vardır.
Xərçəngkimilər sinfinin digər üzvlərində isə, "əks etdirmə tipli göz quruluşu”ndan tamamilə fərqli bir prinsiplə çalışan "sınma tipli göz quruluşu"na rast gəlinir. Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək vardır. Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya yumrudur. Daha da əhəmiyyətlisi, bu pətəklərin içində işığı əks etdirən deyil, sındıran göz büllurunun olmasıdır. Göz bülluru işığı sındıraraq arxadakı torlu qişa təbəqəsi üzərində cəmləşdirər.
Xərçəngkimilər sinfinə aid növlərin çox böyük hissəsində, bəhs olunan "sınma tipli" refrakter göz quruluşu vardır. Xərçəngkimilərin yalnız iki növündə, belə ki, xərçəng və krevetdə isə, bir qədər əvvəl nəzərdən keçirdiyimiz kimi "əks etdirmə tipli" reflektor göz vardır. Halbuki, təkamülçülərin qəbul etdiyinə görə, xərçəngkimilər sinfinə daxil edilən bütün canlılar ortaq bir əcdaddan təkamül yolu ilə meydana gəlməlidirlər. Təkamülçü məntiqə görə, "əks etdirmə tipli" reflektor göz quruluşu "sınma tipli" refrakter göz quruluşundan meydana gəlmiş olmalıdır. Ancaq belə bir çevrilmə qeyri-mümkündür. Çünki hər iki göz quruluşu da öz sistemləri daxilində mükəmməl işləyir və heç bir "ara" mərhələ işə yaramayacaq. Qabıqlı bir canlının gözlərindəki göz büllurunun yavaş-yavaş yox olması və əvvəllər göz büllurunun olduğu yerdə aynalı səthlərin meydana gəlməsi, canlını hələ ilk mərhələdə görmə qabiliyyətindən məhrum edəcək və ümumiyyətlə təbii seleksiya mexanizmində aradan götürülməsinə səbəb olacaq.
Aydındır ki, hər iki göz quruluşu iki ayrı plan əsasında hazırlanmış və ayrı-ayrılıqda yaradılmışdır. Bu gözlərdə elə qüsursuz bir həndəsi nizam vardır ki, bunun olduğu yerdə "təsadüf" ehtimalını düşünmək belə axmaqlıqdır. Xərçəngin gözü, digər bütün yaradılış möcüzələri kimi, bizə Yaradıcının nə cür sərhədsiz və qüsursuz bir yaratma gücünə sahib olduğunu göstərir. Bu Allahın sonsuz elminin, ağlının və qüdrətinin bir təcəllisidir. Canlılar aləminin hər hansı bir istiqamətinə baxsaq, bu kimi yaradılış möcüzələri ilə qarşılaşaraq.

Ağıllı dizayn yəni yaradılış
Kitabda vaxtaşırı olaraq qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz bir dizayn meydana gətirmiş olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” meydana gətirməyə ehtiyacı yoxdur. Allahın dizayn meydana gətirməsi və yaratması eyni anda baş verər. Allah bu cür nöqsanlardan uzaqdır, müqəddəsdir. Allahın, bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün yalnız: "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi istədiyi zaman, Onun əmri ancaq ona: "Ol!" Deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri (nümunəsiz şəkildə) yaradan Odur. O, bir işin olmasına qərar verərsə, ona ancaq: “Ol!” deyər, o da olar. (Bəqərə surəsi, 117)

Geri