Mükəmməl uçuş texnikaları

Albatroslardan qara kərkəslərə qədər bütün quşlar, küləkdən faydalanmalarını təmin edəcək uçuş üsulları ilə birlikdə yaradılmışlar.
Uçmaq çox enerji tələb edən bir işdir. Bunun üçün quşlar, inkişaf etmiş döş əzələləri, böyük bir ürək və yüngül bir skeletə sahib bir bədənlə yaradılmışdır. Quşlardakı üstün yaradılış nümunələri yalnız bədənləri ilə məhdudlaşmır. Bir çox quşa uçmaq üçün lazımi enerji sərfini azaldacaq üsullar da ilham edilmişdir.
Müşgül quşu, Avropa, Asiya və Afrikada çox yaxşı tanınan yırtıcı bir quşdur. Müşgül quşunun çox maraqlı bir xüsusiyyəti vardır: Küləklə qarşılaşdığı zaman başı görünməyən bir əl ilə tutulurmuş kimi tamamilə hərəkətsiz qalar. Bədəninin küləyin təsirindən yırğalanmasına baxmayaraq, başı sabitdir. Bu sayədə quşun görmə qabiliyyəti hər cür sarsıntının qarşısında daim mükəmməl olar. Bu üsul hərbi gəmilərdə istifadə olunan və dənizdə meydana gələn dalğalanmalara baxmayaraq, silahları hədəfə bağlı tutan hiroskopa bənzəyir. Bu səbəblə də müşgül quşunun başı, elm adamları tərəfindən "geostabil baş" deyə adlandırılır.

Zamanın planlanması texnikası
Quşlar uçaraq ovlanma müddətlərini maksimum səmərə alacaq şəkildə tənzimləyərlər. Müşgül quşunun əsas qida minbəyi tarla siçanıdır. Tarla siçanı torpağın altındakı oyuqlarda yaşayar və qidalanmaq üçün hər iki saatdan bir yer səthinə çıxar. Müşgül quşu da ov etmə vaxtlarını tarla siçanının qidalanma vaxtına görə tənzimləyər. Gündüzlər ov etmələrinə baxmayaraq, ovlarını saxlatdırar və axşam qaranlığında yeyərlər. Bu sayədə gün ərzində boş mədə ilə uçar və dolayısilə çəkisini azaltmış olar. Bu üsul uçuş üçün sərf olunan enerjini azaldır. Müşgül quşunun bu sayədə enerjiyə 7% qənaəti etdiyi hesablanılmışdır.

Küləkdə süzülmə
Müşgül quşları ovlanarkən, sərf etdikləri enerjini küləkdən istifadə edərək də azaldarlar. Qanadlarının üzərindəki hava axınını artırmaq üçün küləkdə süzülər və əgər kifayət qədər külək vardırsa havada qanadları açıq şəkildə "asılı" qala bilərlər. Hava axınının yerdən yuxarıya doğru hərəkət etməsi də onlara ayrı bir üstünlük təmin edəcəkdir.
Hava axınlarından faydalanaraq enerji əldə edib, bunu uçarkən istifadə etməyə "süzülmə" deyilir. Müşgül quşu, bu qabiliyyətə sahib bir çox quşdan sadəcə biridir. Süzülə bilmə xüsusiyyəti bu növlərin havadakı üstünlüyünün bir əlamətidir.
Süzülərək uçmağın başlıca olaraq iki faydası vardır.
Birincisi, yemək axtararkən və ya ovlama sahəsini digər quşlardan qoruyarkən, havada qala bilmək üçün lazımi enerji sərfini azaldar. İkincisi, quşa daha da uzaq məsafəli uçuşlar edə bilmə imkanı verər. Süzülərək uçan bir qağayı, qanad çırparkən sərf etdiyi enerjinin 70%-nə qənaət edər.

Hava axınlarından əldə olunan enerji
Bir quş, hava axınlarından fərqli şəkillərdə enerji əldə edə bilər: Bir uçurumdan süzülən müşgül quşu və ya dənizə enən sıldırımlı qayalarla aşağıya doğru süzülən bir qağayının yuxarıya qalxan hava axınından istifadə edərək etdiyi uçuşlar "maili süzülmə" deyə adlandırılar.
Bir təpənin üzərində güclü bir külək əsdiyi zaman, hava axını hərəkətsiz dalğalar halına çevrilər. Quşlar bu dalğalardan istifadə etməklə havada süzülərlər.
Qarabatdaq və digər dəniz quşları, adaların səbəb olduğu bu növ hərəkətsiz dalğalardan istifadə edərlər. Quşlar nadir hallarda, gəmilərin üzərində süzülən qağayıların etdiyi kimi, daha kiçik maneələrin olduğu havadan istifadə edərək də süzülərlər.
Quşun yuxarı doğru süzülməsini təmin edən axınlar, daha çox hava cəbhələrində müşahidə olunar.
Hava cəbhələri; hava kütlələri arasındakı sərhədlərdir. Quşların bu cəbhələrdən istifadə edərək etdikləri süzülmə əməliyyatları "cəbhə süzülmələri" deyə adlanır. Sahil boyunca dənizdən əsən küləklərin meydana gətirdiyi cəbhələr, ancaq axtarış radarlarının bu cəbhələr içində süzülən və türkcə kılıç kırlangıcı deyə adlanan qaranquş növü sürülərinin yerini müəyyənləşdirməsiylə kəşf edilmişdir. Qalan iki üsul isə, istilik dalğaları ilə süzülmə və hava axını dəyişiklikləriylə süzülmədir.
İstilik dalğalarından istifadə edərək süzülmə, ümumiyyətlə dünyanın mülayim bölgələrində, xüsusilə də qitələrin daxili bölgələrində müşahidə olunar. Torpaq günəşin təsiriylə qızdığı zaman, dərhal üzərindəki hava təbəqəsi də isinər və yüngülləşərək bir istilik dalğası halında atmosferə yüksələr. Bu hadisə, toz fırtınası və ya qızan havanın fırlanaraq yüksəldiyi burulğan şəklində müşahidə edilə bilər.

Qara kərkəs və süzülmə texnikası
Qara kərkəslərin, yer üzünü müşahidə edərkən əlverişli bir hündürlükdə süzülə bilmək üçün, istilik dalğalarına əsaslanan xüsusi bir üsulları vardır. Bir istilik dalğasından digərinə süzülərək gün ərzində çox geniş bir sahə üzərində uçar.
Səhər günəş doğarkən istilik dalğaları yüksəlməyə başlayar. Əvvəlcə kiçik qara kərkəslər, daha zəif olan istilik dalğaları ilə yüksələr. Hava qızdıqca, onları daha böyük qara kərkəslər izləyər. Qara kərkəslər, qızan havanın yaratdığı yuxarıya doğru çəkim qüvvəsi sahəsində sanki üzərək yüksələrlər. Ən sürətlə yüksələn hava, istilik dalğasının mərkəzindəki havadır. Cazibə qüvvəsi ilə qızan havanın qaldırma qüvvəsini tarazlamaq üçün havada dairələr cızar. Daha da yüksəkliyə qalxmaq istədiklərində istilik dalğasının mərkəzinə yaxınlaşar və buradakı daha sürətlə yüksələn havadan istifadə edərək yüksələrlər.
İstilik dalğaları digər yırtıcı quşlar tərəfindən də istifadə edilər. Leyləklər də xüsusilə köç əsnasında istilik dalğalarından istifadə edərlər. Orta Avropada yuva quran ağ leylək, qışı Afrikada keçirmək üçün təxminən 7000 km uzağa köç edər. Əgər bütün yolu qanad çırparaq keçməyə qalxsa səfər boyunca dörd yerdə dincəlməsi lazım olacaq. Amma ağ leylək günün 6-7 saatını istilik dalğalarının arasında planerlər kimi uçaraq səfərini üç həftədə, enerjisinin böyük bir hissəsinə qənaət etmiş halda tamamlayır.
Su qurudan daha gec qızdığı üçün, dənizlərin üstündə istilik dalğaları meydana gəlməz. Bu səbəblə də köç edən quşlar uzaq məsafələrdə dəniz üzərindən uçmaqdan qaçınarlar. Avropadan Afrikaya köç edən leyləklər və digər yırtıcı quşlar Afrikaya, ya Pireney yarımadası üzərindən Cəbəllütariq boğazı yoluyla ya da Balkan yarımadası üzərindən İstanbul boğazı yoluyla keçər.
Albatros, qarabatdaq, qağayı və o biri dəniz quşları isə, hündür dalğaların meydana gətirdiyi hava axınından istifadə edər. Dalğaların yalı üzərində uçan bu dəniz quşları, yuxarıya doğru hərəkət edən havanın qaldırma qüvvəsini əldə edərlər. Albatros dalğaların üzərində süzülərkən tez-tez küləyin əsdiyi istiqamətə doğru cəld şəkildə dönər və sürətlə yüksələr. 10-15 metr yüksəldikdən sonra yenidən dönər və süzülməyə davam edər. Burada quş, küləyin istiqamətini dəyişməsi sayəsində enerji əldə edir. Dəniz səthinə toxunan havanın sürəti azalar. Buna görə də, yüksələn albatros daha güclü hava axını ilə qarşılaşır. Qaneedici bir sürət qazandıqdan sonra yenidən dönər və dalğalar üzərində süzülməyə davam edər. Albatros kimi kiçik quşlar da dalğalar üzərində süzülərkən eyni üsulu tətbiq edə bilərlər.

Geri