Termit koloniyası və kimyəvi müdafiə sistemləri

w3layouts

Termitlər, kiçik, qarışqaya bənzər canlılardır. Sıx koloniyalar halında yaşayar və heyrətamiz yuvalar qurarlar. Qüllə şəklində torpağın üzərində yüksələn bu yuvalar, bir memarlıq möcüzəsidir. Burada vurğulanması lazım olan maraqlı bir nöqtə isə, bu cür nəhəng tikililəri inşa edən işçi termitlərin kor olmasıdır.
Termit yuvalarının quruluşunu nəzərdən keçirdiyimiz vaxt, olduqca mürəkkəb bir sistemlə qarşılaşarıq. Termit koloniyalarında müdafiə vəzifəsini boynuna götürmüş xüsusi hərbi bölmələr vardır. Əsgər termit mükəmməl bir hərbi təchizatla yaradılmışdır. Bəziləri döyüşçü, bəziləri növbətçi, bəziləri də "intihar bombaçısı"dır. Ana termitin yumurtlaya bilməsi, işçilərin divar hörüb tunellər açması və ya yuvada yetişdirilən göbələklərin yığılması, ancaq əsgərlərin vəzifələrini tam şəkildə yerinə yetirdiklərində reallaşa bilər.
Termit koloniyasının varlığını davam etdirməsi, çoxalma əməliyyatını boynuna götürən erkək və dişinin varlığından asılıdır. Ana termit ilk cütləşmədən sonra böyüməyə başlayar. Boyu bəzən 9 sm-ə də çatar. Ana termit bu halıyla, tam bir yumurtlama maşını görünüşündədir. Asanlıqla hərəkət edə bilməz. Həmçinin daim yumurtlamaqla məşğul olduğundan, onun baxımı ilə xüsusi bir qrup məşğul olar. Bu qrup həm ana termiti bəsləyər, həm də onun otağını təmizləyər. Ana termit gündə təxminən otuz min yumurta yumurtlayar. Ölənə qədər yumurtladığı yumurtaların sayı on milyonlara çatar.
İşçi termitlər sonsuzdur və koloniyanın təmizlik işini həyata keçirirlər. Ömürləri 2-4 il qədərdir. İşçilərdən bir qrup yuvanın inşası və təmiriylə məşğul olar. Digər qrup yumurtaları, balaları və ana termiti qoruyar və onların qayğısına qalar.
Termit koloniyasının bütün üzvləri, mütəşəkkil icmalar halında yaşayır. Bu birliyin fərdləri arasındakı ünsiyyət, iyləmə və ya dadbilmə yolu ilə təmin edilir. Bu əsnada kimyəvi siqnallar alınıb verilir. Bu kor, kar və dilsiz canlıların apardıqları inşaat işləri, yemək axtarışları, yuva yoldaşını tanıma, iz dalınca getmə, həyəcan siqnalı vermə və müdafiə manevrləri kimi mürəkkəb işlər, kimyəvi siqnallar vasitəsilə təmin edilər.
Termit koloniyasının əsas düşmənləri qarışqalar və qarışqayeyənlərdir. Koloniya, bu düşmənlərin hücumuna məruz qaldıqda bir intihar ordusu hərəkətə keçər. Ülgüc itiliyindəki dişlərə sahib olan Afrika termitləri məharətli bir muşketyordur. Uzun iti dişləriylə təcavüzkarların gövdələrini parçalayar.
Termit yuvalarının xarici aləmə açılan qapıları, yalnız tək bir termitin keçə biləcəyi genişlikdəki kiçik dəliklərdir. Bu dəliklərdən keçmək üçünsə bir "izin" lazımdır. Qapıdakı "növbətçi" əsgər termitlər, içəri girməyə çalışanın koloniyadan olub olmadığını qoxusundan anlayar. Bu termitlər, giriş dəliyinin ölçüsünə tam uyğun gələn böyük baş strukturlarıyla, potensial bir tıxac vəzifəsi yerinə yetirərlər. Bu termitlər hücum anında koridora geriyə doğru hərəkət edib girər və sıxışmaq surətiylə başlarının girişi bağlamasını təmin edərlər.

Termitlərin fədakarlığı
Termitlərin zaman-zaman tətbiq etdikləri bir müdafiə üsulu da, lazım gəldikdə koloniyalarını qorumaq bahasına özlərini fəda edərək, düşmənlərinə zərər verməkdir. Bir çox müxtəlif termit növü, bu intihar hücumunu müxtəlif formalarda həyata keçirir. Bunların arasında, Malayziyanın yağış meşələrində yaşayan bir növ xüsusilə diqqət çəkicidir. Bu termitlər, anatomiyaları və davranış formaları baxımından "yeriyən bomba" kimidirlər. Bədənlərindəki xüsusi bir kisə düşmənlərini təsirsiz hala gətirəcək bir kimyəvi maddə ilə doludur. Mübarizə anında termit, bir qarışqa və ya təcavüzkar bir heyvan tərəfindən pis şəkildə sıxışdırılarsa, qarın əzələlərini möhkəmcəsinə sıxaraq ifrazat vəzlərini yırtar və təcavüzkarı sarı rəngli tünd bir maye ilə boğar. Afrika və Cənubi Amerikanın işçi termitləri də bənzər bir üsuldan istifadə edərlər. Bu tam bir intihar hücumudur, çünki hücum əsnasında termitin daxili orqanları parçalanır və canlı ölür.
Əgər bir termit yuvasına edilən hücum şiddətli olarsa, işçilər belə əsgərlərin düşməni məğlub etmələrinə kömək edə bilmək üçün mübarizəyə daxil olarlar.
Termitlərdəki bu sosial həmrəylik və fədakarlıq nümunələri, darvinizmin qəbul etdiyi əsas şey olan; "hər canlı öz mənfəəti üçün yaşayar" fərziyyəsini çürüdür. Üstəlik bu nümunələr, bu canlıların çox şüurlu bir şəkildə təşkil edildiklərini göstərir. Bir düşünək: Bir termit niyə növbətçi olmaq istəsin?. Üstəlik bir seçim hüququ olsa, niyə ən zəhmətli və ən fədakarlıq tələb edən işi seçsin?. Belə bir imkanı olsaydı, şübhəsiz ki, özünə ən rahat mühiti və ən yaxşı xidməti təmin edəcək vəzifəni seçərdi. Üstəlik, bir zamanlar özünü fəda edib belə bir müdafiəyə qərar verən bir termit olduğunu fərz etsək belə, bu termitin bu tətbiqini genlərinə yükləyib yeni nəsillərə köçürməsi, əlbəttə ki, qeyri-mümkündür. Üstəlik, bütün işçi termitlər sonsuz canlılardır və dolayısilə onsuz da yeni bir nəsil meydana gətirə bilməzlər.
Ancaq termitləri Yaradan, belə mükəmməl bir koloniya həyatını dizayn etmiş və bu sistemi meydana gətirən termit toplusuna da müəyyən vəzifələr vermişdir. Növbətçi termit də, Allahın ona ilham etdiyi vəzifəsini böyük bir itaətkarlıqla yerinə yetirir. Necə ki, Quranda belə buyurulur:
...Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın... (Hud surəsi, 56)
 

Laxtalanmanın qarşısını alan sistemlər
Termitlər, yaradılışlarından irəli gələn müdafiə və fədakarlıq instinktlərini tətbiq edərək, bədənlərində yaradılmış xüsusi sistemlərdən istifadə edərlər. Məsələn, bəzi termitlər, düşmənlərini dişlədikdən sonra açılan yaraya zəhərli bir maddə püskürdərlər. Bəziləri isə qəribə bir "fırçalama" üsulundan istifadə edər; üst dodağından fırça kimi istifadə edərək təcavüzkarın gövdəsinə zəhər sürtər. Bəzi termitlər isə "çiləmə üsulu" ilə qəsbkarların üzərinə qıcıqlandırıcı, qatı bir kitrə püskürdərlər.
Afrikanın, qabarıq formada yuva inşa edən "makroterm" cinsli termitlərində, koloniyanın müdafiəsi vəzifəsini bir qrup dişi yerinə yetirir. Bu dişilər sonsuz və nisbətən kiçik əsgərlərdir. Bunlardan xeyli iri olan kral gözətçiləri təcavüzkarların, gənc sürfələr ilə kraliyət cütünün olduğu daxili hissəyə girmələrinin qarşısını alar. Kiçik əsgərlər də işçilərə birlikdə yemək toplayar və yuva qurarlar.
Kral gözətçiləri döyüş üçün yaradılmışdır: Müdafiə üçün hazırlanmış qalxan kimi başları və qılınc kimi kəskin alt çənələri vardır. Böyük əsgərlərin bədən ağırlığının 10%-ni daxili ifrazatları təşkil edər. Uzun zəncirli karbon birləşmələrindən (alkanlar və alkenlər) ibarət olan bu ifrazatlar, bədənin ön tərəfindəki böyük kisədə saxlanılır. Kral gözətçiləri alt çənələrindən istifadə edərək düşmənlərin bədənlərində açdıqları yaralara, bu kimyəvi mayeləri boşaldarlar.
Bəs görəsən termitlərin düşmənlərinin yaralarına sürtdükləri bu mayelər nə işə yarayır?. Bunu araşdıran tədqiqatçılar, çox təəcüblü bir həqiqətlə qarşılaşmışlar. Termitlərin düşmənlərinə sürtdükləri mayelər, düşmənlərindəki qanın laxtalanma sistemlərini təsirsiz hala gətirir!. Qarışqaların bədənlərində "hemolimfa" adlandırılan və qan vəzifəsini yerinə yetirən bir bədən mayesi vardır. Bədənlərində yara əmələ gəldikdə isə, bir növ laxtalanma əməliyyatını başladan və yaranın yaxşılaşmasını təmin edən kimyəvi bir maddə dövrəyə girər. Məhz termitlərin ifrazatı bu kimyəvi maddəni təsirsiz hala gətirir.
Qarışqa kimi kiçik bir böcəyin bədənində xüsusi bir qan laxtalandırıcı sistemin olması, başlı-başına bir yaradılış dəlilidir. Termitlərin bu sistemi təsirsiz hala gətirəcək bir maye ifraz etmələri, bu mayeni istifadə edən orqanlara sahib olmaları və istifadə edə bilmələri isə, tamamilə möcüzəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu cür qüsursuz bir uyğunluq heç bir şəkildə təsadüflərlə açıqlana bilməz. Termitlər isə, qarışqaların bədənindəki laxtalanma sisteminin kimyəvi təfərrüatlarını biləcək, bu kimyəvi sistemi təsirsiz hala gətirəcək qarışığın formulunu öyrənməyə çalışacaq və sonra da öz bədənlərində sintez edəcək bir kimya laboratoriyası deyil. Əlbəttə ki, bu qüsursuz dizayn, bu canlıların Allah tərəfindən yaradıldıqlarının aydın bir dəlilidir.

Termit silahları
Termitlər aləmini araşdırdıqca, bunun kimi daha bir çox qüsursuz dizayn nümunəsi ilə qarşılaşarıq. Rhinotermitidae ailəsinə mənsub əsgər termitlər, təcavüzkarı gövdəsinə zəhər sürtməklə öldürərlər. Bu işi effektiv şəkildə görə bilmələri üçün, daha kiçik bir alt çənəyə və ucu fırçaya bənzəyən üst dodaqlara sahibdirlər. Bu əsgərlər həmçinin həşərat əleyhinə kimyəvi maddələr sintez edə və bunları ehtiyyat halında saxlaya bilərlər. Düşmənlərin zəhərlərini də təsirsiz hala gətirə bilərlər. Belə bir əsgər bədənində, ağırlığının 35%-nə qədər müdafiə ifrazatı saxlaya bilir. Bu göstərici minlərlə qarışqanı öldürmək üçün kifayətdir.
Floridada yaşayan prorhinotermes də zəhər sürtmə üsulu ilə yaradılmışdır. Bunlar zəhər kimi "nitroalkan" adlı kimyəvi maddədən istifadə edirlər. Zəhər sürtmə üsulundan daha fərqli termit növləri də istifadə edir. Ancaq qəribəsi budur ki, zəhərlərin fərqli kimyəvi strukturları mövcuddur. Məsələn, Afrikada yaşayan schedorhinotermes də "vinilketon"dan istifadə edir. Qayana termitləri, "B-ketonaldehid"ləri, armitermes növünə aid termitlər də "molekulyar kəmənd" deyilən zəhərləri və "ester və ya lakton" adlı kimyəvi maddələri silah kimi istifadə edər. Bu zəhərlərin hamısı elektrofil xassəlidir. Yəni, düşmənlərdəki bioloji molekullarla olduqca tez və öldürücü şəkildə reaksiyaya girərlər.
Nasutitermitinae ailəsindən olan termitlərin alınlarında xortuma bənzər bir çıxıntı vardır. Bu xortumun daxili hissəsində xüsusi bir kisə mövcuddur. Bir təhlükə anında çıxıntını düşmənə doğruldaraq, kisənin içindəki qıcıqlandırıcı yapışqan mayeni püskürdər. Bu silah, sanki kimyəvi bir raketatardır.(43)
Təkamül nəzəriyyəsinə görə, "primitiv termitlərin" öz bədənlərində kimyəvi istehsal sisteminə sahib olmadıqlarının, ancaq bu sistemin sonradan təsadüflər nəticəsində bir şəkildə meydana gəldiyinin qəbul edilməsi lazımdır. Ancaq bu şeyin qəbul edilməsi məntiqə ziddir. Çünki zəhərləmə sisteminin işləməsi üçün, həm kimyəvi maddənin özünün, həm də kimyəvi maddəni mühafizə edəcək orqanın meydana gəlməsi lazımdır. Həmçinin bu orqanın izolyasiya edici bir quruluşa sahib olması və beləliklə də, zəhərin bədənin digər yerlərinə yayılmasının qarşısını alması da vacibdir. Üstəlik, bu orqandan termitin başına doğru uzanan izolyasiya edici bir borunun da olması lazımdır. Bundan əlavə, heyvanın bu zəhəri düşməninin üzərinə fısqırtmasını təmin edəcək bir əzələ sistemi və ya mexaniki bir sistem və sairənin olması lazımdır.
Bu orqan, təkamül prosesində yavaş-yavaş inkişaf etmiş ola bilməz. Çünki tək bir hissənin əskik olması belə, sistemi işləməz hala gətirəcək, hətta termitin ölümünə səbəb olacaq. Buna görə də, bunun tək bir izahı vardır: Bəhs olunan "kimyəvi silah sistemi", ilk dəfə bütün hissələriylə birlikdə bir anda meydana gəlmişdir. Bunun digər bir adı isə "yaradılış"dır. Təbiətdəki bütün canlılar kimi termitlər də qüsursuz sistemləriylə birlikdə bir anda yaradılmışdırlar. Bədənlərinin içindəki zəhər istehsalı mərkəzini quran da, bundan ən ağıllı şəkildə istifadə etməyi onlara ilham edən də, aləmlərin Rəbbi olan Allahdır. Bir ayədə belə buyurulur:
O, yaradan, (ən gözəl surətdə) qüsursuz şəkildə var edən, 'şəkil və surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizidir, Hakimdir. (Həşr surəsi, 24)

Geri