Mexaniki tələlər

w3layouts

Genlisea
Genliseanın tələsi, heyvan bağırsağına bənzəyir. Torpaq altında şaxələnmiş halda olan kökləri, içi boş borular şəklindədir. Torpaqdan sorulan su bu borularda hərəkət edər. Boruların uclarındakı yarıqlarda, bitkinin içinə doğru yönəlmiş bir axıntı vardır. Bu axıntı, bitkinin içində su vuran tükcüklərdən qaynaqlanar. Su içindəki həşərat və digər orqanizmlər, axıntının təsirindən boruların uclarındakı yarıqlardan içəriyə doğru sürüklənərlər. Bu sürüklənmə boyunca keçdikləri hər yer ucları aşağıya doğru baxan qalın və sərt tüklərlə örtülüdür. Tükcüklər də bir qapaq vəzifəsini yerinə yetirərək, böcəyi bitkinin içinə doğru itələyən ikinci bir təsir meydana gətirər. Qurban içərilərə doğru hərəkət etdikcə bir sıra öldürücü həzm vəziylə qarşılaşar. Nəhayət Genliseanın qidası olmaqdan xilas ola bilməz.(53)

Torbaotunun sensorlu tələsi
Elm dünyasında “utricularia” adıyla tanınan torbaotu, bir su bitkisidir.
Torbaotunun kisə formasındakı tələlərində üç tip ifrazat vəzi mövcuddur: Bunlardan ilki olan qlobal ifrazat vəzləri, tələnin xarici səthində yerləşir. Digər iki tip ifrazat vəzləri, yəni "dörd qollu ifrazat vəzləri" və "iki qollu ifrazat vəzləri" isə tələnin daxili səthində yerləşir. Bu fərqli ifrazat vəzləri, bu maraqlı tələni mərhələli şəkildə işlədər. Əvvəlcə daxili səthdəki ifrazat vəzləri dövrəyə girər. Bu vəzlərin üzərindəki tüklər, suyu torbaotunun xaricinə nasoslayar. Beləliklə də, torbaotunun içində əhəmiyyətli bir boşluq meydana gələr. Bu boşluğun ağız hissəsində isə, dəniz suyunun yenidən içəriyə girməsinin qarşısını alan bir tələ vardır. Bu tələnin üzərində olan tüklər isə, toxunmağa qarşı olduqca həssasdır. Sudakı bir həşərat və ya orqanizm bu tüklərə toxunsa, tələ sürətlə açılar. Əlbəttə ki, içi boş olan torbaotuna doğru ani bir su axını baş verər. Bu axına düşən qurban daha nə baş verdiyini anlamadan tələ qapanar. Saniyənin mində bir hissəsi qədər davam edən bu hadisədən dərhal sonra isə, ifrazat vəzləri içəridə həbs olunan ovu həzm etmək üçün ifrazat hazırlamağa başlayar.(54)

Bakteriya qamçısı
Bəzi bakteriyalar, maye bir mühitdə hərəkət edə bilmək üçün "qamçı" adı verilən bir orqandan istifadə edərlər. Bu orqan, bakteriyanın hüceyrə membranına yapışmışdır və canlı ritmik şəkildə hərəkət etdirdiyi bu qamçını, bir palet (palet türkcə; sürətli üzmək üçün ayağa keçirilən vasitə deməkdir) kimi istifadə edərək istədiyi istiqamət və sürətdə üzə bilər.
Bakteriya qamçısının mövcudluğu uzun müddətdir ki, məlumdur. Ancaq son 10 il ərzindəki müşahidələr, bu qamçının təfərrüatlı quruluşunu aşkara çıxartdıqda, elm dünyası heyrətə gəldi.(55) Çünki qamçının əvvəllər zənn edildiyi kimi sadə bir titrəşmə mexanizmiylə deyil, çox mürəkkəb bir "təbii mühərrik"lə çalışdığı ortaya çıxmışdır.
Bakteriyanın hərəkətli mühərriki, elektrik mühərrikləriylə eyni mexaniki xüsusiyyətə sahibdir. İki əsas hissə mövcuddur: Bir hərəkətli qisim (rotor) və bir sabit qisim (stator).
Bu təbii mühərrik, mexaniki hərəkətlər meydana gətirən digər sistemlərdən fərqlidir. Hüceyrə, içində ATF molekulları halında gizli halda saxlanılan hazır enerjindən istifadə etmir. Bunun əvəzinə özündə xüsusi bir enerji mənbəyi vardır: Bakteriya, pərdəsindən gələn bir turşu axımından aldığı enerjindən istifadə edər. Mühərrikin öz daxili quruluşu isə fövqəladə dərəcədə mürəkkəbdir. Qamçıyı meydana gətirən təxminən 240 fərqli zülal vardır. Bunlar qüsursuz bir mexaniki dizaynla öz yerlərinə yerləşdirilmişdir. Elm adamları qamçını meydana gətirən bu zülalların, mühərriki işə salıb dayandıracaq siqnalları göndərdiklərini, atom səviyyəsində hərəkətə imkan verən buğumları meydana gətirdiklərini və ya qamçını hüceyrə membranına bağlayan zülalları hərəkətə keçirdiklərini müəyyənləşdirmişlər. Mühərrikin fəaliyyətini sadələşdirərək izah etmək məqsədiylə aparılan modelləşdirmələr belə sistemin mürəkkəbliyinin başa düşülməsi üçün kifayətdir.
Sadəcə bakteriya qamçısının bu mürəkkəb quruluşu belə təkamül nəzəriyyəsini tamamilə çökdürmək üçün kifayətdir. Çünki qamçı heç cür sadələşdirilə bilinməyən bir quruluşdadır. Qamçını təşkil edən molekulyar hissələrin biri belə olmasa və ya qüsurlu olsa, qamçı işləməz və ona görə bakteriyaya heç bir faydası olmaz. Bakteriya qamçısı ilk dəfə mövcud olduğu andan etibarən tam şəkildə işləməlidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsinin “mərhələli şəkildə” inkişaf iddiasının mənasızlığı bir daha açıq şəkildə üzə çıxır.
Bakteriya qamçısı, təkamülçülərin "ən ibtidai canlılar" hesab etdiyi bakteriyalarda belə, fövqəladə dizayn nümunələrinin olduğunu göstərən mühüm bir həqiqətdir. Canlıların incəlikli xüsusiyyətlərinə nəzər saldıqca, Darvinin 19-cu əsrin primitiv elm səviyyəsində sadə strukturlar olduğunu zənn etdiyi orqanların nə cür kompleks strukturlar olduğu görünür. Digər bir sözlə, yaradılışın qüsursuzluğu aydın olur və canlılara başqa bir izah gətirməyin nə dərəcədə axmaq hərəkət olduğunu göstərir.

Geri