Quş yumurtalarındakı dizayn

Quşlardakı yaradılış möcüzələri qanadları, tükləri və ya köç etmə qabiliyyətləriylə məhdudlaşmır. Bu canlılardakı fövqəladə dizaynlardan biri də yumurtalarında müşahidə olunar.
Bizə çox sadə kimi görünən toyuq yumurtasının qabığında, qolf topu çıxıntılarını xatırladan 15 minə qədər deşik olur. Bəzi daha kiçik quşların yumurtaları isə, ancaq mikroskop altında görünə bilən süngərə bənzər bir qabığa malikdir. Bu girintili-çıxıntılı strukturlar, quş yumurtasına böyük bir elastiklik qazandırır və zərbələrə qarşı dözümünü artırır.
Yumurta tam bir paketləmə möcüzəsidir. Böyüməkdə olan cücənin ehtiyac duyduğu bütün qida və suyu təmin edər. Yumurtanın sarısında, zülal, yağ, vitamin və minerallar mövcuddur, ağı da bir su anbarı funksiyasını yerinə yetirər.
Böyüməkdə olan cücənin qidaya və suya olduğu qədər, oksigen almağa və bədənindəki karbonu havaya buraxmağa da ehtiyacı vardır. Cücənin həmçinin bir istilik mənbəyinə, sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına, bakteriyaların bulaşmasına və mexaniki zərbələrə qarşı bir müdafiə sisteminə ehtiyacı vardır. Bütün bu ehtiyacları yumurta qabığı ödəyər. Cücə, qabıq pərdələrinin daxili səthində yerləşən bol damarlı bir təbəqə vasitəsilə oksigen alıb karbon qazını verər. Qaz alış-verişi, yetkin heyvanlarda olduğu kimi ağciyərlərlə deyil, qabıqdakı kiçik məsamələr yoluyla təmin edilər.
Yumurta qabıqları həm heyrətamiz dərəcədə möhkəm, həm də çox incədir. Bu xüsusiyyət, kürt yatan ananın, ya da atanın istiliyinin, yumurtanın içinə qədər asanlıqla çatmasını təmin edər.
Lazımi bir itik
Kürt dövrü əsnasında, yumurtadakı suyun orta hesabla 16%-i məsamələr sayəsində buxarlanıb yox olar. Bioloqlar keçmişdən bəri bu su itkisinin, yumurta qabığının hava keçirə bilmə quruluşundan ötrü zəruri, amma zərərli bir itki olduğunu düşünürdülər. Halbuki, son tədqiqatlar, bu su itkisinin cücənin yumurtadan çıxması üçün zəruri olduğunu göstərmişdir. Cücənin yumurtadan çıxarkən dimdiyindəki yumurta dişindən istifadə edərək özünə bir dəlik açdığı ilk mərhələdə, çox oksigenə və başını oynadacaq qədər bir boşluğa ehtiyacı vardır. Bu tələblər, yumurtadakı suyun itirilməsi, dolayısilə yer açılması və bu açılan yerdə daha çox oksigen saxlanılmasıyla təmin olunar.
Mövzunun daha da maraqlı tərəfi, fərqli yumurta qabıqlarının su itirmə nisbətlərinin də, 15-20%-lik ideal su itkisini təmin edəcək şəkildə tənzimlənmiş olmasıdır. Məsələn, bir qaqar yumurtasının su itirmə nisbəti, hələ quru mühitdə kürtə qoyulan eyni böyüklükdəki digər bir yumurtadan üç qat daha çoxdur.
Yumurtadakı dözümlülük dizaynı
Bir yumurta qabığı, qaz, su və istilik əməliyyatını tənzimləməli olduğu kimi, möhkəm də olmalıdır. Qabıq, böyüməkdə olan cücələri xarici zərbələrdən qoruyacaq və kürt yatan ananın ağırlığını dəf edəcək qədər dözümlü olmalıdır.
Necə ki, quş yumurtalarına baxdığımızda, onların olduqca dözümlü bir quruluşa sahib şəkildə dizayn olunduqlarını görərik. Allah, kiçik və böyük yumurtaları bir-birindən fərqli şəkildə yaratmışdır. Böyük quşların yumurtaları ümumiyyətlə sərt və elastik olmayan bir quruluşa malikdir. Daha kiçik quşların yumurtaları isə yumşaq və elastikdir.
Toyuq yumurtalarının qabıqları sərt və kövrəkdir, ancaq yuvada yuvarlanaraq bir-birlərinin üzərinə düşdüklərində qırılmazlar. Bu cür qabıq, əslində bütün iri yumurtalarda var. Bu möhkəmlik, yumurtanı hücumlardan qoruyur. Əgər bu sərt və kövrək qabıqlar kiçik yumurtalarda olsaydı, çox tez qırılardılar. Tədqiqatlar kiçik yumurtalardakı qabıqların kövrək deyil, amma dözümlü və elastik olduğunu göstərir. Mümkün bir zərbə anında genişlənə bilmələri onları qırılmaqdan qoruyar.
Bir qabığın kövrək və ya elastik quruluşda olması, yalnız cücəni qorumaq baxımından deyil, onun dünyaya gəliş forması baxımından da təyin edici rol oynayar. Sərt və kövrək bir qabıqdan çıxacaq cücənin, başını və ayaqlarını çıxartmadan əvvəl yumurtanın batıq tərəfində yalnız bir-iki dəlik açması kifayətdir. Beləliklə də, dəlikləri birləşdirən bir sıra çatlar meydana gələr və cücə şapka formasındakı bir qapağı qaldırmaqla azadlığına qovuşa bilər.

Geri