Qan: həyat verən maye

w3layouts

Qanın əhəmiyyətli funksiyaları
Qan bədənimizə canlılıq vermək üçün yaradılmış bir həyat mayesidir. Bədənimizdə dolaşdığı müddətcə onu isindirər, soyudar, qidalandırar, qoruyar, ona enerji verər və içindəki zəhərli maddələrin kənarlaşdırılmasını təmin edər. Bədənimizdəki məlumat alış-verişinin demək olar ki, hamısını öz boynuna götürər. Həmçinin damarlarda əmələ gələn hər bir yırtığı o dəqiqə bağlayar. Beləliklə də, sistem özünü daimi surətdə yeniləyir.
60 kq ağırlığındakı bir insanın damarlarında orta hesabla 5 litr qan dolaşar. Ürək, bu miqdarı bədəndə rahatlıqla bir dəqiqədə dövr etdirə bilər. Ancaq, ağır fiziki iş zamanı və ya idman edərkən bir dəqiqədə bu miqdarın beş mislini dövr etdirə bilər. Qan, saçların kökündən ayaq barmaqlarına qədər bədənin hər yerində, arteriyalar, kapilyar damarlar və venaların içərisində axar. Damarlar elə qüsursuz bir quruluşda yaradılmışdır ki, içlərində xırda hissəciklər çökməz, tıxanma halları baş verməz. Bu kompleks sistemin içində müxtəlif qida maddələri və istilik daşınar.

Oksigen daşıyıcısı
Tənəffüs etdiyimiz hava, həyatın ən zəruri maddəsidir. Atəşin, odunu yandıra bilməsi üçün necə oksigenə ehtiyacı varsa, hüceyrələrin də enerji istehsalında şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyacı vardır. Bunun üçün, oksigen ağciyərlərdən əzələlərə çatdırılmalıdır. Məhz, mürəkkəb bir boru xəttinə bənzədə biləcəyimiz qan dövranı sistemimiz də bu vəzifəni öhdəsinə götürür.
Oksigeni daşıma vəzifəsini, qırmızı qan hüceyrələrinin içindəki hemoqlobin molekulu yerinə yetirər. Yastı, yumru və hər iki tərəfi basıq bir quruluşda sahib qırmızı qan hüceyrələrinin yalnız biri demək olar ki, 300 milyon hemoqlobin daşıyar. Qırmızı qan hüceyrələrinin, qüsursuz bir işləmə sistemi vardır. Oksigeni daşımaqla kifayətlənməyib, onu lazım olduğu yerdə də buraxa bilər. Bunu da ən lazımi yer və zamanda, məsələn, çox çalışan bir əzələ hüceyrəsinin yanından keçərkən edər. Qırmızı qan hüceyrələri, oksigeni bu yolla lazımi toxumalara verərkən, şəkərin yandırılması nəticəsində meydana gələn karbon qazını da götürərək ağciyərə daşıyar və orada buraxarlar. Bundan sonra dərhal yenidən oksigenlə bağlanar və onu yenidən lazımi toxumalara daşıyarlar.

Təzyiqi nizamlanmış bir maye
Hemoqlobin molekulları oksigenlə yanaşı azot monooksid (NO) qazını da daşıyır. Əgər bu qaz qanda daşınmasaydı, onda qan təzyiqi daim dəyişəcəkdi. Hemoqlobin həmçinin azot monooksidin köməyi ilə bir toxumaya nə qədər oksigen veriləcəyinə də nəzarət edir. Diqqət yetirsəniz bəhs etdiyimiz bu "nəzarəti” yerinə yetirən, yalnız bir molekul, yəni heç bir beyni, gözü, şüuru, ağlı olmayan mürəkkəb bir atom yığınıdır. Bir atom yığınının bədənimizə qüsursuz şəkildə nəzarət etməsi isə, əlbəttə ki, bu bədəni qüsursuz şəkildə yaratmış olan Allahın sonsuz elmini bizə göstərən bir əlamətdir.

İdeal dizayna sahib hüceyrələr
Qırmızı qan hüceyrələri say baxımından digər qan hüceyrələrinə görə çoxluq təşkil edir. Yetkin bir insanın damarlarında 30 milyard qırmızı qan hüceyrəsi üzər. Bu saydakı qırmızı qan hüceyrələri bir futbol meydançasının səthinin demək olar ki, yarısını örtə bilər. Qanımıza, dolayısilə bədənimizə rəng verən hüceyrələr qırmızı qan hüceyrələridir.
Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyər. Elastiklikləri sayəsində ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən keçə bilərlər. Qırmızı qan hüceyrələrinin bu elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox yerində ilişib qalardılar. Çünki kapilyar damarlar yalnız 4-5 mikrometr qalınlığındadır (1 mikrometr=millimetrin mində bir hissəsidir). Halbuki, qırmızı qan hüceyrələrinin diametri 7,5 mikrometrdir.
Əgər qırmızı qan hüceyrələri bu cür böyük bir gərilmə xüsusiyyətinə sahib şəkildə yaradılmasaydılar nə baş verərdi?. Bu sualın cavabını şəkər xəstəliyini araşdıranlar bilir. Şəkər xəstələrinin qan hüceyrələri adətən elastikliyini itirər. Bu səbəblə də, xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanar. Bu tıxanma isə korluğa səbəb ola bilər.

Avtomatik işləyən təcili yardım sistemi
Bir qırmızı qan hüceyrəsi bədəndə təxminən 120 gün dolaşar. Bu müddətin sonunda vəzifəsini tamamlayar və makrofaq adlı müdafiə hüceyrələri tərəfindən yeyilər. Bu itki, daimi surətdə təkrarlanan bir istehsal prosesiylə tarazlanar. Normal şərtlərdə saniyədə 2,5 milyon qırmızı qan hüceyrəsi istehsal olunur, ancaq lazım gəldikdə bu say artırıla bilər. İstehsal sürəti, eritropoetin adlı bir hormonun köməyi ilə tarazlanar. Məsələn, qəza nəticəsində meydana gələn ağır qanaxmalar və ya burun qanaxması kimi hallarda qırmızı qan hüceyrəsi itkisi sürətlə tarazlanır. Həmçinin tənəffüs olunan havadakı oksigen miqdarı azaldığında da, əlavə qırmızı qan hüceyrələri istehsal olunar. Məsələn, Himalay dağlarına dırmanırsınızsa, havadakı oksigen miqdarı getdikcə azalacaq, bədən isə azalmaqda olan oksigeni daha yüksək səmərə ilə istifadə edə bilmək üçün, öz-özünə belə bir tədbir alacaq.

Mükəmməl bir nəqliyyat sistemi
Qandakı hüceyrələrdən başqa, bədənə daxil olan bir çox maddə də qanın plazma deyilən hissəsində daşınar. Bu mayenin tərkibində qan hüceyrələri olmadığından, o sarı, şəffaf bir rəngdədir. Plazma, bədən ağırlığının 5%-ni təşkil edər və bunun da 90%-dən çoxu sudur. İçində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif növdə zülal üzər. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları özlərinə bağlayıb onları lazımi toxumalara çatdırarlar. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir-birləriylə birləşər və qanda, şorbadakı yağ yığınları kimi, nəzarətsiz bir şəkildə üzərdilər. Bu isə ölümcül sağlamlıq problemləri meydana gətirərdi.
Bədəndəki xüsusi xəbərçi vəzifəsini isə plazmada dolaşan hormonlar boynuna götürər. Hormonlar, orqanlar və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq ünsiyyəti təmin edərlər.
Albumin, sayca ən çox olan plazma zülalıdır və bədəndə bir mənada daşıma vəzifəsini yerinə yetirər. Xolesterol kimi yağları, hormonları, zəhərli bir öd kisəsi maddəsi olan sarı rəngli bilirubin və penisillin kimi dərmanları özünə bağlayar. Zəhərləri qaraciyərdə buraxar, qida maddələrini və hormonları isə lazım olduqları yerə aparar.
Bütün bunlar üzərində düşündüyümüzdə isə, bədənin nə qədər fövqəladə incəliklərə sahib olduğu ortaya çıxır. Bir zülalın yağ, hormon və dərmanları bir-birindən seçə bilməsi, lazımi yerlərin ehtiyaclarını müəyyənləşdirməsi, miqdarlarını müəyyənləşdirib əlaqəli yerlərə buraxması ortada qüsursuz bir plan olduğunu göstərir. Üstəlik, burada saydıqlarımız bədəndəki on minlərlə fərqli biokimyəvi hadisədən yalnız bir neçəsidir. Bədəndəki trilyonlarla fərqli molekul, möhtəşəm bir şəkildə çalışır və bütün bu molekullar, həqiqətdə tək bir hüceyrənin, ana bətnində yaranan ilk hüceyrənin bölünüb çoxalmasıyla meydana gəlmişdir. Aydındır ki, insan bədənindəki bu möhtəşəm sistem, insanı tək bir damla sudan yaratmış olan Allahın möhtəşəm sənətidir.

Xüsusi nəzarət mexanizmləri
Qida maddələrinin arteriyalardan keçməklə ehtiyac duyulduqları toxumalara çata bilmələri üçün, toxuma divarını keçmələri lazımdır. Toxuma divarı, çox kiçik məsamələrə sahib olsa da, heç bir maddə öz-özünə bu divardan keçə bilməz. Məhz bu problemi həll edən və qidaları toxuma divarından keçirən faktor, qan təzyiqidir. Ancaq qida maddələri toxumalara ehtiyacdan artıq miqdarda keçdikdə isə, bu dəfə toxumada iltihablanma meydana gələcək. Bu səbəblədə, qan təzyiqini tarazlamaq üçün, mayeni qana geri soran bir mexanizm qurulmuşdur. Bu vəzifəni yenə albumin boynuna götürər. Albumin, toxuma divarlarındakı kiçik məsamələrdən keçə bilməsi üçün çox böyükdür və qanda yüksək sıxlıqda olmasından ötrü, suyu bir süngər kimi əmər. Albumin olmasaydı bədən, sanki suda qalmış bir lobya kimi şişərdi.
Beyində isə, qandakı maddələrin nəzarətsiz bir şəkildə toxuma divarlarından keçməməsi lazımdır. Çünki istənilməyən bir maddə sinir hüceyrələrinə (neyronlara) zərər verə bilər. Bu səbəblə də beyin, zərər gələ biləcək bütün ehtimallara qarşı qorunur. Məsamələr, sıx hüceyrə təbəqələri ilə bağlanmışdır. Hər maddə, bir nəzarət-buraxılış məntəqəsindən keçirmiş kimi əvvəlcə bu hüceyrələrin öhdəsindən gəlməlidirlər. Bu şəkildə bədənin ən həssas orqanına balanslaşdırılmış bir qida axımı təmin edilmiş olar.

Bədəndəki termostat
Qan, zəhərlər, qazlar, ağ qan hüceyrələri, vitaminlər və başqa maddələrlə yanaşı, istiliyi də daşıyır. İstilik, hüceyrələrdə enerji istehsal edilməsi əsnasında əlavə məhsul kimi ortaya çıxar. İstiliyi bədənin hər yerinə paylamağa və bədən istiliyini xarici mühitin istiliyinə görə nizamlamağın həyati əhəmiyyəti vardır. Əgər bədənimizin istilik paylama sistemi olmasaydı, qollarımızın gücüylə gördüyümüz bir iş nəticəsində qollarımız həddindən artıq dərəcədə qızar, digər yerlərimiz isə soyuq qalardı. Belə bir quruluş, maddələr mübadiləsinə böyük zərər verər. Məhz bu səbəblə də istilik bədənə paylanır. Bunun yolu da qan dövranıdır. Bədənə yayılan bu istiliyin azaldılması üçün də tərləmə mexanizmi dövrəyə girər. Üstəlik, dəri altındakı qan damarları genişlənər və beləliklə də, qanın daşıdığı istiliyi havaya buraxması asanlaşdırılar. Bu səbəblə də qaçdığımız və ya yüksək templə başqa bir fiziki iş gördüyümz zaman, damarların genişlənməsi nəticəsində üzümüz qızarar. Qan, soyutma qədər istiliyi qoruma işində də böyük rol oynayır. Soyuq havada dərimizin altındakı qan damarları daralar. Buradakı məqsəd, çöldəki havaya yaxın hissələrdəki qanı azaltmaq və beləliklə də, soyuma prosesini minimuma endirməkdir. Üşüyən bir insanın dərisinin ağarmasının səbəbi, bədənin avtomatik şəkildə gördüyü bu tədbirdir.
Qanda baş verən hər proses olduqca mürəkkəb və bir-biriylə əlaqəlidir. Hər şey ən kiçik nöqtəsinə qədər qüsursuz bir şəkildə yaradılmışdır. Qanda o qədər qüsursuz bir işləyiş vardır ki, ən kiçik bir pozuqluq, olduqca ciddi problemlər yarada bilər.(44) Bədənimizin içində bu qədər həyati vəzifələrə sahib olan qan, bütün xüsusiyyətləriylə birlikdə eyni anda, tək bir Yaradıcı tərəfindən yaradılmışdır. Bu Yaradıcı, üstün elm və qüdrət sahibi olan Allahdır:
Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)

Ən kiçik səhvə belə yer verməyən bir sistem: Qanın laxtalanması
Bir yeriniz kəsildikdə və ya köhnə bir yaranız qanadıqda, müəyyən vaxtdan sonra qanaxmanın dayanacağını bilirsiniz. Qanayan yerdə bir laxta meydana gələcək, bu laxta zaman keçdikcə sərtləşəcək və yara yaxşılaşacaq. Bu sizin üçün sadə və adi bir şey ola bilər. Halbuki, biokimyaçılar apardıqları tədqiqatlar nəticəsində bunun olduqca kompleks bir sistemin fəaliyyətinin nəticəsi olduğunu aşkara çıxardılar.(45) Bu sistemin hissələrindən hər hansı birinin azalması və ya zərər görməsi sistemi işləməz hala gətirəcək.
Qan doğru yerdə, doğru zamanda laxtalanmalı və şərtlər normala qayıtdığında laxta ortadan qalxmalıdır. Sistem ən kiçik nöqtəsinə qədər qüsursuz bir şəkildə çalışmalıdır.
Əgər bir qanaxma baş verərsə, canlının qan itkisindən ölməməsi üçün laxtanın dərhal meydana gəlməsi lazımdır. Həmçinin, laxta yaranın hər yerində meydana gəlməli və ən əhəmiyyətlisi də yalnız yaranın üzərində qalmalıdır. Yoxsa canlının bütün qanı laxtalanaraq qatılaşacaq və bu onu öldürəcək. Bu səbəblə də qanın laxtalanması prosesinə ciddi şəkildə nəzarət olunmalı və laxta doğru zamanda doğru yerdə əmələ gəlməlidir.
Sümük iliyi hüceyrələrinin ən kiçik nümayəndəsi olan qan lövhəcikləri ya da trombositlər əvəzedilməz bir xüsusiyyətə malikdirlər. Bu hüceyrələr qanın laxtalanmasındakı əsas ünsürdür. Von Villebrand faktoru adlı bir zülal, qanda gəzib dolaşan trombositlərin qəza yerini ötüb keçməmələrini təmin edər. Qəza yerində ilişib qalan trombositlər, həmin anda digər trombositləri də hadisə yerinə gətirən bir maddə ifraz edər. Daha sonra bu hüceyrələrin hamısı birlikdə açıq yaranı bağlayarlar. Trombositlər vəzifələrini yerinə yetirdikdən sonra ölərlər. Onların özlərini fəda etmələri, qanın laxtalanma sisteminin yalnız bir hissəsidir.
Qanın laxtalanmasını təmin edən digər bir zülal da trombindir. Bu maddə yalnız açıq bir yaranın olduğu yerdə istehsal olunar. Bu istehsal nə az, nə də çox olmalıdır. Üstəlik istehsal prosesi tam vaxtında başlanmalı və yenə tam vaxtında dayanmalıdır. Bədəndə, indiyədək trombin istehsalında iştirak edən və hamısı "ferment" olaraq adlandırılan iyirmidən çox kimyəvi maddə aşkar olunmuşdur. Bu fermentlər öz istehsal proseslərini dayandıra və ya başlada bilərlər. Prosesə elə nəzarət edilir ki, trombin ancaq tam bir toxuma yaralanması olduğunda əmələ gələr. Bədəndə laxtalanma üçün lazım olan bütün fermentlər qaneedici miqdara çatan kimi, struktur maddəsi zülal olan uzun liflər meydana gətirilər. Bu liflərin adı fibrindir. Qısa vaxt ərzində fibrin tellərinin vasitəsiylə bir tor yaradılmışdır. Bu tor qanın çölə axdığı yerdə qurular. Digər tərəfdən isə qandakı trombositlər bu tora ilişərək bir yerə yığılarlar. Bu yığın artdıqca bir tıxac vəzifəsi yerinə yetirərək qanaxmanın dayanmasını təmin edəcəkdir. Məhz laxta dediyimiz şey də bu yığından ibarət tıxacdır.
Yara tamamilə yaxşılaşdıqda isə qan laxtası qopar.
Bir qan laxtasının əmələ gəlməsi, laxtanın sərhədlərinin müəyyənləşdirilməsi, əmələ gələn laxtanın sərtləşməsi və ya yox edilməsini təmin edən sistem sadələşdirilməz kompleksliyə malikdir. Qanın laxtalanması, bir hissənin digər bir hissəni hərəkətə keçirməsi şəklində meydana gələn bir hadisələr zənciridir.
Arxa səhifədə bu zənciri göstərən bir sxem verilmişdir. Hələ ilk baxışda hadisənin nə qədər mürəkkəb olduğu görülə bilər.
Sistem ən kiçik nöqtəsinə qədər qüsursuz bir şəkildə işləyər.
Əgər mükəmməl işləyən bu sistemin fəaliyyətində ən kiçik bir ləngimə olsaydı nə baş verərdi?. Məsələn, yara olmadığı halda qanda laxtalanma baş versəydi və ya yaranın ətrafında əmələ gələn laxta asanlıqla ayrılsaydı?. Bu sualların tək bir cavabı vardır: Belə bir vəziyyətdə ürək, ağciyər və ya beyin kimi həyati orqanlara gedən yollar laxtalarla tıxanardı. Bu isə qaçınılmaz surətdə ölümlə nəticələnərdi.
Bu həqiqət də bizə, insan bədəninin qüsursuz şəkildə dizayn olunduğunu yenidən göstərir. Yalnız qanın laxtalanma sisteminin belə təsadüflərlə və təkamül nəzəriyyəsinin iddia etdiyi "mərhələli inkişaf" fərziyəsi ilə açıqlanması qeyri-mümkündür. Hər nöqtəsi ayrı bir plan və hesab məhsulu olan bu sistem, yaradılışın mükəmməlliyini gözlər önünə sərir. Bizi yaradıb bu dünyaya yerləşdirmiş olan Allah, həyatımız boyu alacağımız kiçik, böyük hər cür yaralanma halına qarşı, bədənimizi bu sistemlə birlikdə yaratmışdır.
Qanın laxtalanması prosesi, yalnız gözlə görülən yaralar üçün deyil, bədənimizdə hər gün daim meydana gələn kapilyar damar parçalanmalarının təmiri üçün də çox əhəmiyyətlidir. Siz hiss etməzsiniz, amma əslində gün boyunca bədəninizdə daim kiçik miqyaslı daxili qanaxmalar baş verər. Qolunuzu qapının kənarına vurduğunuzda və ya bir kresloya möhkəm şəkildə oturduğunuzda, yüzlərlə kiçik kapilyar damarınız parçalanar. Bu parçalanma nəticəsində yaranan daxili qanaxma, laxtalanma sistemi sayəsində dərhal dayandırılar, daha sonra da bədən eyni kapilyar damarları yenidən əmələ gətirər. Əgər bir qədər şiddətli vurmuşsunuzsa, laxtalanmadan əvvəl daxili qanaxma bir qədər də şiddətli olar və bundan ötrü də vurduğunuz yer "göyərər". Qandakı bu laxtalanma sistemindən məhrum olan bir insanın, həyatı boyunca ən kiçik bir zərbədən qorunması və sanki pambıq içində yaşadılması lazım olacaq. Necə ki, qanlarındakı laxtalanma sistemi qüsurlu olan "hemofiliya" xəstələri, bu şəkildə yaşyarlar. Ağır dərəcəli hemofiliya xəstələri adətən çox uzunmüddət yaşaya bilməzlər. Yolda yeriyərkən ayaqlarının bir şeyə ilişib yıxılmaları nəticəsində baş verən daxili qanaxma belə, həyatlarına son vermək üçün kifayətdir. Bu həqiqət qarşısında hər insanın öz bədənindəki yaradılış möcüzəsi üzərində düşünməsi və bu bədəni qüsursuz şəkildə yaratmış olan Allaha şükür etməsi lazımdır. Bizim tək bir sistemini, hətta tək bir hüceyrəsini belə yaratmaqda aciz olduğumuz bu bədən, Allahın bizə olan bir lütfüdür. Allah insanlara belə səslənir:
Sizi Biz yaratdıq, yenə də təsdiq etməyəcəksiniz?. (Vaqiə surəsi, 57)

Geri