Giriş

Bir aspirin həbini düşünün; ortasında bir cizgi olduğunu dərhal xatırlayacaqsınız. Dərmanın yarım dozasını qəbul etmək istəyənlərə asanlıq təmin etmək məqsədiylə bu cizginin meydana gətirilməsi düşünülmüşdür. Hamısı aspirin həbi qədər sadə olmasa da, ətrafımızda gördüyümüz hər məhsulun mütləq bir dizaynı var. Evdən işə gedərkən mindiyimiz nəqliyyat vasitəsindən, evimizdəki televiziya pultuna qədər.
"Dizayn" sözü, qısaca olaraq, az və ya çox saydakı hissələrin müəyyən bir məqsədlə nizamlı surətdə bir yerə gətirilməsi deməkdir. Bu üsulu əsas götürərək bir avtomobilin dizayn olunduğunu təxmin etməkdə çətinlik çəkməzsiniz. Çünki ortada bir məqsəd vardır: İnsan və yük daşımaq. Bunu reallaşdırmaq üçün də avtomobil mühərriki, şinlər, kapot kimi müxtəlif hissələr bir zavodda planlanaraq bir araya gətirilmişdir.
Yaxşı, bəs söhbət bir canlıdan gedirsə?. Məsələn, bir quş və onun uçuş sistemi də dizayn olunmuş ola bilərmi?. Dərhal cavab vermədən əvvəl avtomobil üçün apardığımız qiymətləndirməni quş üçün də aparın. Uçmaq kimi bir məqsəddən söhbət gedir. Bunun üçün də içi boş yüngül sümüklər, bu sümükləri hərəkət etdirəcək güclü döş əzələləri və havada asılı halda qalmağı təmin edəcək xüsusiyyətdəki tüklərdən istifadə edilmişdir. Qanadlar aerodinamik xüsusiyyətə sahibdir, maddələr mübadiləsi isə quşun yüksək enerji ehtiyacını ödəyəcək şəkildədir. Quşun bir dizayn məhsulu olduğu ortadadır.
Əgər quşu bir kənara qoyub, digər canlıları araşdırsanız, yenə eyni həqiqətlə qarşılaşarsınız. Hər canlıda olduqca yaxşı düşünülmüş dizayn nümunələri vardır. Bir qədər də araşdırmağa davam etsəniz, özünüzün də dizayn olunduğunuzu görərsiniz. Bu səhifəni tutan əlləriniz, heç bir robot əlinin ola bilmədiyi qədər funksional, bu sətirləri oxuyan gözləriniz isə dünyanın ən yaxşı kamerasından daha dəqiq görünüş təmin edəndir.
Beləliklə də, bu əhəmiyyətli nəticəyə gələrsiniz: Təbiətdəki bütün canlılar, siz də daxil olmaqla, dizayn olunmuşdur. Bu isə, bütün canlılara istədiyi kimi surət verən, dolayısilə bütün təbiətə hakim olan, üstün güc və ağıl sahibi bir Yaradıcının var olduğunu göstərir.
Ancaq 19-cu əsrdə ortaya atılmış təkamül nəzəriyyəsi, bu həqiqəti rədd edir. Çarlz Darvinin “Növlərin Mənşəyi” adlı kitabıyla ortaya atdığı bu nəzəriyyə, canlıların həqiqətdə bir təsadüflər zənciri içində meydana gəldiklərini və bir-birlərindən ayrıldığını irəli sürər.
Nəzəriyyənin təməl məntiqinə görə, canlılar bəzi kiçik və təsadüfi dəyişikliklərə uğrayır. Əgər bu təsadüfi dəyişikliklər bir canlıya fayda versə, bu canlı digərlərinə görə üstünlük əldə edəcək, onun nəsli də eyni üstünlüyü davam etdirəcəkdir. Beləliklə də, yeni bir növ meydana gələcək.
Bu ssenari 140 ildir ki, çox elmi və razı salıcı bir ssenari ədasıyla izah edilir. Ancaq Darvinin nəzəriyyəsinə bir qədər böyüdücü altında baxdığımızda, üstəlik canlılardakı dizayn nümunələri ilə müqayisə etdiyimizdə ortaya çox fərqli bir mənzərə çıxır: Darvinizmin canlılara gətirdiyi izah, öz daxilində müəyyən ziddiyyətlər olan qapalı dairədən başqa bir şey deyil.
Əvvəlcə "təsadüfi dəyişiklik" mövzusunu ələ alaq. O dövrdə genetika haqqında məlumat olmadığı üçün, Darvin bu anlayışa açıq bir tərif gətirə bilməmişdir. Onu ardıcılları olan təkamülçülər isə bu mövzuda "mutasiya" anlayışını ortaya atmışlar. Mutasiyalar, canlıların genlərində meydana gələn təsadüfi qopmalar, yer dəyişdirmə və sürüşmələrdir. Əhəmiyyətlisi budur ki, bu günə qədər heç bir canlının genetik məlumatını inkişaf etdirən bir mutasiya müşahidə olunmamasıdır. Bilinən mutasiya nümunələrinin demək olar ki, hamısı canlıları şikəst ya da xəstə edər, digərləri isə təsirsizdir. Buna görə də canlıların mutasiya yolu ilə formalaşa biləcəklərini düşünmək, bir insan toplusuna təsadüfi atəş açaraq, əvvəlkindən daha sağlam, daha inkişaf etmiş fərdlər əldə etməyi ümid etmək kimidir. Bir sözlə, cəfəngiyatdır.
Ancaq mövzunun bundan daha da əhəmiyyətli bir tərəfi vardır. Biz bütün elmi məlumatlara baxmayaraq, yenə də bir mutasiyanın müəyyən bir canlıya müsbət bir xüsusiyyət əlavə etdiyini fərz edək. Bu fərziyyə belə darvinizmi xilas etməz. Bunun səbəbi "sadələşdirilə bilməz komplekslik" deyilən bir anlayışdır. Bunun mənası budur: Canlılardakı sistem və orqanların çoxu, çox sayda müstəqil parçanın bir yerdə çalışması sayəsində fəaliyyətini icra edər. Bu parçaların tək biri belə olmasa, ya da şikəst olsa, orqan heç bir işə yaramaz.
Məsələn, qulağınızın kənardakı səsləri eşidə bilməsi, çox sayda kiçik orqanın zəncirvari reaksiyası sayəsində mümkün olur. Bunlardan birini, məsələn, orta qulaqdakı "çəkic" sümüyünü çıxartsanız və ya quruluşunu pozsanız, artıq heç bir şey eşitməzsiniz. Qulağınızın eşitməsi üçün qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, oval pəncərə, ilbiz, perilimfa mayesi, qəbuledici hüceyrələr, bu hüceyrələrin titrəyişləri qəbul etməsini təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi və beyindəki eşitmə mərkəzi kimi fərqli elementlərin hər biri tam şəkildə mövcud olmalıdır. Sistem "mərhələli şəkildə" inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri hər hansı bir işə yaramayacaq.
Məhz "sadələşdirilə bilməz komplekslik" deyilən bu anlayış, darvinist nəzəriyyəni tamamilə özülündən dağıdır. İşin maraqlı tərəfi, Darvinin də bu mövzuda böyük bir narahatlıq keçirmiş olmasıdır. Növlərin Mənşəyində belə yazmışdır:
"Əgər bir-birinin ardınca meydana gələn çox sayda kiçik dəyişikliklərlə kompleks bir orqanın meydana gəlməsinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm mütləq süquta uğrayacaq. Amma mən belə bir orqan tapa bilmədim..."
Darvin, 19-cu əsrdəki primitiv elm səviyyəsində belə bir orqan tapa bilməmiş və ya tapmaq istəməmiş ola bilər. Ancaq 20-ci əsr elmi, canlıları ən incə nöqtələrinə qədər araşdırmış və həqiqətdə canlı strukturlarının çoxunun sadələşdirilə bilməz komplekslik xüsusiyyətinə sahib olduğunu göstərmişdir. Bu səbəblə də Darvinin nəzəriyyəsi, qorxduğu kimi "qəti şəkildə süquta uğramışdır"dır.
Bu kitabda Darvinin nəzəriyyəsini süquta uğradan bu canlı sistemlərinin bəzilərini araşdıracağıq. Bu sistemlər bəzən bir quşun qanadlarında, bəzən bir bakteriyanın mişarcığında, bəzən də bir yarasanın kəlləsinin içində qarşımıza çıxacaq. Bunları araşdırdıqca bir tərəfdən darvinizmin nə cür böyük bir yalan olduğunu görəcək, digər tərəfdən isə bu sistemlərin nə cür üstün bir məlumatla yaradılmış olduqlarına şahid olacağıq.
Beləliklə də, Allahın qüsursuz yaratmasının dəlillərini görəcəyik. Necə ki, Allahın bu qüsursuz yaratma gücü və sənəti, bir Quran ayəsində belə ifadə edilir:
O, yaradan, (ən gözəl bir şəkildə) qüsursuzca var edən, 'şəkil və surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)

Geri