Delfindəki dizayn

w3layouts

Delfinlər və balinalar digər bütün məməlilər kimi ciyərləriylə tənəffüs edərlər. Bu, onların su içində olarkən, balıqlar kimi nəfəs alıb verə bilməyəcəkləri mənasını verər. Bu səbəblə də, nəfəs almaq üçün mütəmadi surətdə su səthinə çıxırlar. Başlarının üstündə hava alıb vermələrini təmin edən bir dəlik olur. Bu yer elə dizayn olunmuşdur ki, heyvan suya daldığında dəlik bir qapaq tərəfindən avtomatik şəkildə örtülər və içəriyə su girməsinin qarşısı alınar. Su səthinə çıxanda isə, qapaq yenə avtomatik şəkildə açılar.

Boğulmadan yatmağı təmin edən sistem
Delfinlər hər nəfəs alışlarında ciyərlərinin 80–90%-ni havayla doldururlar. Halbuki, bir çox insan üçün bu nisbət ancaq 15%-ə çatır. Delfinlər üçün nəfəs almaq insanlarda və ya quruda yaşayan digər məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli bir hərəkətdir.(56)
Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verirlər. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yatdığı müddət ərzində beyninin sağ və sol yarımkürələrindən təxminən on beş dəqiqə fasilə ilə növbəli şəkildə istifadə edər. Bir yarımkürə yuxu vəziyyətində olarkən, digər yarımkürə fəaliyyətə keçərək heyvanın nəfəs alması prosesinə nəzarət edər.
Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir dizayn nümunəsidir. Heyvan bu struktur sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edir, eləcə də, daha sürətli üzə bilir. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər bir çıxıntı vardır. Bu hidrodinamik dizayn, gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.

Delfinlərin sosial həyatı
Delfinlər çox böyük qruplar halında yaşayarlar. Etibarlı müdafiə üçün dişilər və balalar belə bir qrupun ortasında yerləşər. Qrupun xəstə üzvü tək başına buraxılmaz, ölənə qədər qrupun içində saxlanılar. Bu güclü həmrəylik bağı, qrupa yeni bir balanın qatıldığı ilk gündən başlanar.
Delfin balaları əvvəlcə quyruqları çölə çıxacaq şəkildə doğulurlar. Bu sayədə doğum tamamlanana qədər balanın havasızlıqdan ölməsinin qarşısını alınmış olar. Nəhayət delfinin başı doğum kanalından çıxan kimi, ilk dəfə nəfəs alması üçün sürətlə su səthinə çıxarılar. Ümumiyyətlə kömək məqsədiylə ana delfinin yanında başqa bir dişi delfin də olar.
Ana delfin doğumdan sonra dərhal balasını əmizdirər. Süd əmmək üçün dodağı olmayan bala, anasının qarnındakı bir yarıqdan çıxan iki süd mənbəyindən bəslənər. Bu bölgəyə kiçik ağız zərbələriylə toxunduğunda süd fışqırar. Bala hər gün on litrlərlə süd içər. Bu südün yağlılıq dərəcəsi 50%-dir (inək südünün yağlılığı isə yalnız 15%-dir). Bu qatılıq sayəsində, balanın bədən temperaturunu tarazlaması üçün ehtiyac duyduğu yağlı dəri təbəqəsi tez zaman ərzində meydana gələr. Suyun dibinə doğru sürətli enişlər əsnasında digər dişilər balanı aşağıya doğru itələyərək ona kömək edərlər. Həmçinin, balaya ov etməyi və hidrolokatorundan istifadə etməyi də öyrədərlər. Bu illərlə davam edən bir təlim mərhələsidir. Bəziləri illərlə sevdikləri bir ailə üzvünü tərk etməzlər. Bu 30 il ərzində belə davam edə bilər.

Dekompressiyanın qarşısını alan sistem
Delfinlər insanlarla müqayisə edilə bilməyəcək qədər dərin sulara dala bilərlər. Bu mövzudakı rekord, balinakimilər nəslindən kaşalotlara aiddir. Kaşalotlar bir dəfə nəfəs almaqla 3000 metr dərinliyə dala bilərlər. İstər delfinlər, istərsə də balinalar bu cür dalışlara uyğun bir dizaynda yaradılmışlar. Palet (palet türkcə; sürətli üzmək üçün ayağa keçirilən vasitə deməkdir) formasındakı şəklindəki quyruqlar suya dalmağı və səthə çıxmağı olduqca asanlaşdırır.
Dalış üçün yaradılmış digər bir dizayn nümunəsi də heyvanın ciyərlərində gizlənmişdir: Heyvan dərinliyə daldıqca üzərindəki suyun ağırlığı, yəni təzyiqi artar. Bu təzyiqi tarazlamaq üçün, ciyərlərinin içindəki hava təzyiqini də getdikcə artırır. Ancaq bu hava təzyiqi getdikcə çox yüksək səviyyəyə çıxar. Eyni təzyiq bir insan ciyərinə tətbiq edilsə, ciyər yırtılıb parçalanar. Məhz bu təhlükəyə qarşı delfinin bədənində çox xüsusi bir müdafiə sistemi yaradılmışdır: Delfinlərin ağciyərlərindəki bronxlar və hava kisəcikləri, təzyiqə qarşı olduqca dözümlü qığırdaq halqalarla qorunmuşdur.
Delfinlərin bədənlərindəki digər bir yaradılış nümunəsi isə, dekompressiya təhlükəsinə qarşı görülən tədbirdir. Dalğıclar suyun səthinə sürətlə çıxdıqlarında təzyiq fərqindən qaynaqlanan bu təhlükəylə üzləşərlər. Dekompressiyanın yaranma səbəbi, ağciyərlərə sorulmuş havanın ani bir şəkildə qana qarışaraq damarların içində hava qabarcıqları meydana gətirməsidir. Bu qabarcıqlar qan dövranındakı nizamı pozaraq ölüm təhlükəsi meydana gətirər. Balinalar və delfinlər isə bizlər kimi ağciyərləri ilə tənəffüs etmələrinə baxmayaraq, belə bir problemlə əsla üzləşmirlər. Bunun səbəbi, suyun dərinliklərə insanlar kimi dolu ciyərlə deyil, boş ciyərlə enmələridir. Ciyərləri hava ilə dolu olmadığı üçün, bu havanın təzyiq dəyişikliyindən ötrü qana qarışması və dolayısilə "dekompressiyaya uğramaq" təhlükəsi ilə üz-üzə gəlməzlər.
Amma əsl sual burada ortaya çıxar: Əgər ciyərlərini hava ilə doldurmurlarsa, onda oksigensiz qalıb boğulmaqdan necə xilas olurlar?.
Bu sualın cavabı, bu canlıların əzələlərindəki yüksək miqdardakı "mioqlobin" zülalıdır. Bu mioqlobin zülalları, çox böyük miqdardakı oksigen molekullarını öz üzərlərinə çəkər və onları mühafizə edərlər. Yəni canlı üçün lazım olan oksigen, ciyərdəki havada deyil, bilvasitə əzələlərin içində saxlanılar. Delfinlər və balinalar bu sayədə uzun müddət nəfəs almadan üzər və istədikləri qədər də dərinliyə enə bilərlər. İnsanlarda da mioqlobin zülalı vardır, amma olduqca az miqdarda olduğu üçün, eyni üzmə sərbəstliyini təmin etmir. Delfin və balinalara məxsus olan bu biokimyəvi tənzimləmə əməliyyatı, əlbəttə ki, yaradılışın bariz dəlilidir. Allah, hər canlı kimi dəniz məməlilərini də yaşadıqları mühitin şəraitinə ən uyğun bədən strukturlarıyla yaratmışdır.

Geri