Böcəklərin uçuşundakı dizayn möcüzəsi

Uçmaqdan bəhs olunduqda ağlımıza çox vaxt quşlar gəlir. Halbuki, yer üzündəki uçan canlılar yalnız quşlar deyil. Bir çox böcək növü quşlarınkından da üstün uçma qabiliyyətlərinə sahibdir. Monarx kəpənəyi Şimali Amerikadan Mərkəzi Amerikanın daxilinə qədər uça bilir. Milçəklər və iynəcələr isə havada asılı vəziyyətdə qala bilərlər.
Təkamülçülər böcəklərin 300 milyon il əvvəl uçmağa başladıqlarını iddia edər. Buna baxmayaraq, uçmağa başlayan ilk böcəyin necə qanatlandığı, necə havaya qalxdığı, havada necə qaldığı kimi fundamental suallara verdikləri heç bir tutarlı cavab yoxdur.
Təkamülçülər, yalnız gövdədəki bəzi dəri təbəqələrinin təkamül keçirərək qanada çevrilmiş ola biləcəyini irəli sürərlər. Yəqin ki, qeyd olunan iddianın zəifliyini bildiklərindən ötrü, bunu təsdiq edə biləcək fosil nümunələrinin qeyri-kafi olduğunu bildirməyə də biganə yanaşmazlar.
Halbuki, milçək qanadlarındakı qüsursuz dizayn, hər cür "təsadüf" iddiasını etibarsız hala salır. İngilis bioloq Robin Wootton, "Milçək Qanadlarının Mexaniki Dizaynı" başlıqlı bir məqalədə belə yazır:
“Milçək qanadlarının iş prinisini öyrəndikcə, sahib olduqları dizaynın nə cür həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Son dərəcə elastik xüsusiyyətlərə sahib hissələr, havadan ən yaxşı şəkildə istifadə edilə bilməsi üçün, lazımi qüvvələr qarşısında lazımi elastikliyi göstərəcək şəkildə, həssaslıqla bir araya gətirilmişdir. Milçək qanadlarıyla müqayisə edilə biləcək texnoloji bir quruluş yox kimidir”.
Digər tərəfdən milçəklərin xəyali təkamülünə dəlil meydana gətirən tək bir fosil belə yoxdur. Tanınmış fransız zooloq Pierre Paul Grassé "böcəklərin mənşəyi mövzusunda tam bir anlaşılmazlıq içindəyik" deyərkən bunu etiraf edər. İndi təkamülçüləri anlaşılmazlıq içində qoyan bu canlıların bəzi maraqlı nümunələrini birlikdə nəzərdən keçirək.

Vertolyotun ilham mənbəyi iynəcə
İynəcələr qanadlarını öz üzərlərinə qatlaya bilməz. Həmçinin uçma əzələlərinin qanadları hərəkət etdirmə forması digər böcəklərinkindən fərqlidir. Sırf bu xüsusiyyətlərindən ötrü təkamülçülər iynəcələrin "primitiv böcəklər" olduğunu iddia edirlər.
Halbuki, "primitiv böcək" deyilən iynəcələrin uçuş sistemi bir dizayn möcüzəsidir. Dünyanın öndə gələn vertolyot istehsalçısı Sikorsky, son modelini iynəcədən nümunə götürərək dizayn etmişdir. Bu layihədə Sikorskyə kömək edən İBM firması, iynəcənin şəklini bir kompyuterə (İBM 3081) yükləyərək işə başlamışdır. Kompyuterdə, iynəcənin havadakı manevrləri də göz önünə alınaraq 2000 ədəd xüsusi şəkil çəkilmişdir. Çalışmanın sonunda iynəcədən alınan nümunələrlə Sikorskynin əsgər və sursat daşımaq üçün yaratdığı yeni modeli ortaya çıxmışdır.
Təbiət fotoqrafı Gilles Martin isə iynəcələri araşdırmaq məqsədiylə 2 il davam edən bir təcrübə aparmışdı. Bu təcrübə sonunda əldə edilən məlumatlar, bu canlıların son dərəcə kompleks bir uçuş sisteminə sahib olduqlarını göstərir.
İynəcənin bədəni, metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən tünd qırmızıya qədər müxtəlif rənglərdəki gövdənin üzərində çarpaz halda yerləşmiş iki cüt qanad olur. Bu quruluş sayəsində, iynəcə çox yaxşı bir manevr qabiliyyətinə malikdir. Hansı sürətdə və hansı istiqamətdə uçursa uçsun, birdən dayanıb əks istiqamətdə uçmağa başlaya və ya havada sabit vəziyyətdə dayanıb ovuna hücum etmək məqsədiylə uyğun bir mövqe müəyyənləşdirməyə başlaya bilər. Bu vəziyyətdə olarkən olduğu yerdə cəld şəkildə dönərək ovuna doğru yönələ bilir. Çox qısa bir müddətdə, böcəklər üçün təəccüblü sayıla biləcək bir sürətə; saatda 40 km-ə çatır (Olimpiadalarda 100 metr məsafəni qaçan atletlərin sürəti saatda 39 km-ə qədərdir).
Bu sürətlə ovuna çarpar. Çarpmanın yaratdığı şok çox şiddətlidir. Amma  iynəcənin zirehi həm çox möhkəm, həm də çox elastikdir. Zirehin elastik quruluşu çarpma zamanı yaranan enerjini özünə çəkərək böcəyə rahatlıq təmin edər. Amma eyni şeyi ovu üçün söyləmək qeyri-mümkündür. İynəcənin ovu, çarpmanın yaratdığı şok ilə ya tamamilə səndələyər və ya ölər.
Çarpmadan sonra isə iynəcənin ən təsirli silahları olan arxa ayaqları dövrəyə girər. Uçuş əsnasında arxaya doğru qıvrılmış halda olan ayaqlar, sürətlə önə açılaraq səndələmiş ovu havada tutar. Artıq sıra poladdan fərqsiz olan alt çənəyə gəlmişdir. Ov qısa müddətdə parçalanaraq yeyilir.
Çox yüksək sürətlərdə uçarkən ani manevrlər edə bilən iynəcənin görmə qabiliyyəti də qüsursuzdur. İynəcə gözü, dünyanın ən yaxşı böcək gözü kimi qəbul edilir. Hər birində 30 000-ə qədər ayrı göz bülluru olan bir cüt gözə malikdir. İki yarım kürəyə bənzəyən və başının yarısı qədər yer tutan gözlər, böcəyə çox geniş bir görüş sahəsi təmin edər. İynəcə gözləri sayəsində demək olar ki, arxasında olub bitən hadisələri belə müşahidə edə bilir.
Göründüyü kimi iynəcə hər biri ayrı-ayrılıqda mükəmməl quruluşa sahib bir sistemlər bütünüdür. Bu sistemlərin hər hansı birindəki kiçik bir əksiklik, digər sistemlərin işə yaramamasına səbəb olacaq. Amma sistemlərin hamısı qüsursuzca yaradılmışdır və bu sayədə canlı həyatını davam etdirər.

İynəcənin qanadları
İynəcəni iynəcə edən ən əhəmiyyətli xüsusiyyəti qanadlarıdır. Qanadların istifadəsinə imkan verən uçuş mexanizminin mərhələli təkamül modeli ilə açıqlanması isə qeyri-mümkündür. Hər şeydən əvvəl qanad anlayışı təkamül üçün bir düyün nöqtəsidir. Çünki qanadlar yalnız tamamilə təkmilləşmiş olduqları təqdirdə funksiya yerinə yetirər.
Bir anlığa hər hansı bir xarici faktordan ötrü, qurudakı bir böcəyin genlərində bir dəyişiklik (mutasiya) meydana gəldiyini və gövdədəki bəzi dəri təbəqələrində naməlum bir dəyişiklik yaşandığını düşünək. Bunun üzərinə yeni mutasiyalar əlavə olunaraq 'təsadüfən' bir qanad meydana gəlmiş ola biləcəyini proqnozlaşdırmaq tamamilə ağılsızlıqdır. Çünki gövdədə meydana gələcək mutasiyalar, böcəyə işləyən bir qanad qazandırmadığı kimi qurudakı hərəkət qabiliyyətini də xeyli azaldacaq. Çünki böcək hələ də uçmasına yaramayan, amma özünə yük olan bu strukturları daşımaq məcburiyyətindədir. Bu isə, bu böcəyin digər həm cinslərinə özündən daha çox üstünlük təmin edəcəkdir. Təkamül nəzəriyyəsinin təməli olan təbii seleksiya məntiqinə görə, bu şikəst canlının və onun nəslinin aradan götürülüb yox olması lazımdır.
Üstəlik, mutasiyalar çox nadir görünən dəyişikliklərdir. Üstəlik canlılara daim zərər verər, çox vaxt ölümcül şikəstliklərə səbəb olar. Dolayısilə başlanğıcda böcəklərin gövdəsindəki formasiyaların, kiçik-kiçik mutasiyalarla iynəcənin uçuş mexanizminə çevrilməsi, hər cəhətdən qeyri-mümkündür. Bütün bunlardan sonra bu sualı verək: Bütün qeyri-mümkünlüklərə baxmayaraq, təkamülçülərin ssenarisi reallaşmış olsa belə, bu ssenarini təsdiqləyəcək "primitiv iynəcə" fosilləri niyə heç cür tapılmır?.
Əlimizdəki ən qədim iynəcə fosilləri ilə müasir dövrdə yaşayan nümunələri arasında heç bir fərq yoxdur. Bu ən qədim fosillərdən əvvəl yaşamış heç bir "yarım iynəcə", "qanadları yenicə meydana gələn iynəcə" fosili yoxdur.
Bu canlılar da, digər növlər kimi, bir anda meydana gəlmiş və bu günə qədər bir dəyişikliyə uğramadan gəlib çıxmışlar. Yəni, bütün bu canlıları Allah yaratmışdır.
Böcəklərin skeletləri xitin adlı bir sıra buğumlu sərt təbəqədən meydana gəlir. Bu təbəqələr xarici skelet quruluşunu meydana gətirəcək qədər möhkəm xüsusiyyətdə yaradılmışdır. Eləcə də, uçma əzələlərinin təsirindən ötrü elastik xüsusiyyətə də malikdir. Qanadlar isə həm önə-arxaya həm də yuxarı-aşağı hərəkət edə bilər. Qanadların bu hərəkəti, özlərini gövdəyə bağlayan kompleks bir buğum quruluşu sayəsində reallaşar. İynəcənin belində biri qabaqda digəri isə arxada olan iki cüt qanad vardır. Qanadlar bir-birinin əksinə çalışar. Yəni öndəki iki qanad yüksələrkən, arxadakı iki qanad alçalar. Qanadların hərəkəti iki əks əzələ qrupunun hərəkəti ilə təmin edilər. Əzələlərin bir ucu gövdənin daxilində yerləşmiş ling şəklindəki əlavələrə bağlıdır. Bir əzələ qrupu gərilərək bir cüt qanadın yüksəlməsini təmin edərkən, o biri əzələ qrupu da eyni nisbətdə dartılaraq ikinci cütün alçalmasını təmin edər. Vertolyotlar da eyni üsulla alçalıb yüksələr. Bu səbəblə də iynəcələrin digər bir adı da vertolyot böcəyidir.

İynəcənin müxtəlifləşməsi
Dişi iynəcələr cütləşdikdən sonra yenidən cütləşmək istəməzlər. Ancaq bu vəziyyət elmi adı calopteryx virgo olan erkək iynəcələr üçün bir maneə təşkil etməz. Erkək quyruğundakı iki qarmağı ilə, dişini boğazından tutar (1). Dişi də ayaqlarıyla erkəyin quyruğunu möhkəm şəkildə tutar. Erkək quyruq qismindəki xüsusi çıxıntılardan istifadə edərək (2), əvvəlcə başqa erkəyin dişiyə yerləşdirdiyi spermaları mümkün qədər təmizləyər. Daha sonra sperma toxumlarını dişinin çoxalma diafraqmına boşaldar. Bu vəziyyət saatlarla davam etdiyinə görə bəzən erkək və dişi iynəcələr birlikdə uçar. İynəcə mayalanmadan sonra yetişən yumurtalarını bir göl və ya kiçik sututara qoyar. Yumurtadan çıxan sürfə 3-4 ilini suyun içində keçirər (4). Bu müddət ərzində tuta bildiyi hər şeyi yeyərək iştahla bəslənər (5). Bunun üçün, bir balığı tuta biləcək sürətdə üzməsini təmin edən bir bədən və ovunu parçalaya biləcək gücə sahib çənələrlə yaradılmışdır. Sürfə böyüdükcə bədənini əhatə edən dəri ona dar gəlir. Tam dörd dəfə özünə dar gələn bu paltarını dəyişdirər. Son dəyişmə vaxtı gələndə sudan çıxaraq bir qamışa və ya yosunlu bir qayaya dırmaşmağa başlayar (6). Ayaqları işləməz vəziyyətə gələnə qədər dırmaşar. Ayaqlarının ucundakı qarmaqlar sayəsində müvazinətini tənzimləyər. Bu əsnada sürüşüb düşmək, ölmək deməkdir.
Bu son dəyişmə, digər dörd dəyişmədən daha fərqlidir. Allah, möhtəşəm bir yaradılışla, sürfə halındakı canlını qüsursuz uçan bir canlı halına gətirər.
Əvvəlcə köhnə sürfənin üstü çatlayar. Çat başdan sona doğru genişlənərək bir yarıq halını alar. Sudakı canlı ilə heç bir əlaqəsi olmayan digər bir canlı, bu yarığın içindən çıxmağa çalışır. Son dərəcə zərif görünən bədənini, köhnə bədənin içindən çıxan və onu təhlükəsizlik kəməri kimi əhatə edən bağlar tutub saxlayır. Bu bağlar ideal bir möhkəmlik və elastikliyə sahib şəkildə yaradılmışdır. Əgər bağlar daha sərt və möhkəm olsaydı, böcəyin yarığın içindən çıxıb doğrulması qeyri-mümkün olacaqdı. Əks təqdirdə isə bağlar yeni bədənin müqavimətinə dözə bilməyərək qopacaqdı. Bu da hələ inkişaf etməmiş sürfənin suya düşüb ölməsinə səbəb olacaqdı.
Digər tərəfdən iynəcənin qabıq dəyişdirmə əməliyyatını asanlaşdıracaq xüsusi mexanizmlər dövrəyə girər. İynəcənin yeni bədəni, köhnə bədənin içində olarkən əzilib büzülmüşdür. Bu bədəni "aça bilmək" üçün, xüsusi bir nasos sistemi və bu nasosda istifadə edilən xüsusi bir bədən mayesi yaradılmışdır. Yarıqdan çölə çıxan qisimlərə bədən mayesi nasoslanaraq, böcəyin əzilib büzülmüş qisimləri genişləndirilir (9). Bu vaxt işləməyə başlayan kimyəvi həlledicilər, yeni ayaqlara heç bir zərər vermədən, köhnə ayaqlarla olan bağı qoparar. Təkcə bir ayaq belə köhnə zirehin içində sıxışıb qalsa, bu bir fəlakət olar, amma əməliyyat qüsursuzca reallaşar. Ayaqların, çölə çıxmaq üçün sınaqdan keçirilmədən əvvəl iyirmi dəqiqə qədər quruyub sərtləşməsi gözlənilər.
Qanadlar isə əvvəlcədən inkişaf etmişdir, lakin mərtəbəli bir vəziyyətdədir. Güclü əzələ sıxılmaları ilə qanaddakı damarlara bədən mayesi vurularaq buradakı toxumaların əsaslı surətdə gərginləşməsi təmin edilər (10). Qanadlar uzanıb gərildikdən sonra qurumaları üçün bir müddət daha gözləyəcəklər (11).
Köhnə bədən tamamilə tərk edildikdən və quruma da tamamlandıqdan sonra iynəcə bütün ayaqlarını və qanadlarını bir sınaqdan keçirər. Ayaqlar ayrı-ayrılıqda bükülüb açılar, qanadlar isə qaldırılıb endirilər.
Nəhayət böcək uçmaq üçün dizayn olunmuş formasını almışdır. İnsan öz gözüylə görmədiyi təqdirdə, bu qanadlı gözəlliyin, sudan çıxan tırtıla bənzər canlıyla eyni heyvan olduğuna inana bilməz. İynəcə son olaraq nasoslama əməliyyatının müvəffəqiyyətlə çalışması üçün, artıq bədən mayesinin son damlasını da çölə atar. Artıq müxtəlifləşmə tamamlanmışdır və böcək uçmağa hazırdır.
Bu möcüzəvi çevrilmənin necə baş verdiyini düşündüyümüzdə isə, təkamül iddiasının ağılsız bir iddia olduğunu bir dəfə daha görürük. Çünki təkamül nəzəriyyəsi, canlıların yalnız təsadüfi dəyişikliklərin təsiri nəticəsində meydana gəldiklərini iddia edər. Halbuki, iynəcənin keçirdiyi müxtəlifləşmə prosesi, tək bir mərhələsində belə ən kiçik bir səhvə yol verilməyəcək qədər olduqca həssas bir əməliyyatdır. Bu mərhələlərin hər hansı bir nöqtəsində əmələ gələcək cüzi bir qüsur, müxtəlifləşmənin tamamlana bilməməsinə səbəb olacaq və bu da iynəcənin şikəst qalmasıyla, ya da ölməsiylə nəticələnəcək. Müxtəlifləşmə tam mənasıyla "sadələşdirilməz kompleks"liyə sahib  bir prosesdir. Dolayısilə açıq gözlə görülən bir dizaynın sübutudur.
Bir sözlə, iynəcənin müxtəlifləşməsi, Allahın canlıları nə cür qüsursuz bir yaradılışla yaratdığını göstərən saysız dəlildən biridir. Allah tək bir böcəkdə möhtəşəm sənətini göstərir.

Uçuşun Mexanikası
Milçəklərin qanadları, sinirlər vasitəsilə ötürülən elektrik siqnallarına görə titrəyər. Məsələn, bir çəyirtkədə hər bir sinir siqnalı, qanadı işlədən əzələnin bir dəfə yığılmasına səbəb olar. “Qaldırıcılar” və “endiricilər” deyə adlandırılan iki əks əzələ qrupu, əks yönlərdə işləyib qanadların yuxarı-aşağı hərəkət etmələrini təmin edər.
Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpar, amma kiçik həşəratlar uçmaq üçün eyni müddət ərzində qanadlarını daha sıx hərəkət etdirərlər. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə qanad çırparkən bu say mığmığalarda və 1 mm uzunluğundakı bəzi parazitlərdə 1000-ə qədər çatır. Saniyədə min dəfə qanad çırpa bilən, bu fövqəladə hərəkət nəticəsində, yanmayan, yonulmayan, köhnəlməyən 1 mm-lik bir uçuş maşını, yaradılışın mükəmməlliyini göstərən açıq bir dəlildir.
Bu uçuş aparatlarını bir qədər də dərindən araşdırdığımızda isə, sahib olduqları dizayna olan heyranlığımız daha da artar.
Başda qanad çırpma hərəkətinin sinirlər vasitəsilə ötürülən elektrik siqnallarına əsaslandığını söyləmişdik. Ancaq bir sinir saniyədə ən çox 200 siqnal göndərə bilmə potensialına sahibdir. Elə isə kiçik uçucu böcəklər saniyədə 1000 dəfə qanad çırpmağı necə həyata keçirirlər?.
Saniyədə 200 dəfə qanadlarını çırpan milçəklər çəyirtkələrdən fərqli bir əzələ/sinir əlaqəsinə malikdir. Hər 10 dəfə qanad çırpmaq üçün sinirdən yalnız 1 siqnal gəlir. Həmçinin lifli əzələlər deyə adlandırılan qanad əzələləri, çəyirtkədə olan əzələlərdən fərqli işləmir. Xəbərdaredici sinir siqnalları əzələlərin yalnız uçuşa hazırlanması işini təşkil edir və əzələlər müəyyən bir gərginliyə çatdıqda öz-özlərinə yığılırlar.
Milçəklər, arılar, eşşək arıları kimi bəzi böcək növlərində isə, qanad çırpmağı "avtomatik" hala gətirən bir sistem vardır. Bu həşəratlarda uçuşu təmin edən əzələlər, birbaşa gövdədəki sümüklərə bağlı deyildir. Qanadlar döş qəfəsinə bir növ cəftə funksiyası yerinə yetirən bir oynaqla bağlanar. Qanadları hərəkət etdirən əzələlər də döş sümüyünün alt və üst səthlərinə bağlı vəziyyətdədirlər. Bu əzələlər yığılanda da döş qəfəsi əks istiqamətlərdə gedib-gəlir, beləliklə də, qanadlar aşağı çəkilir.
Bir qrup əzələnin büzülməsi avtomatik şəkildə əks bir əzələ qrupunun geri çəkilməsinə və daha sonra da öz-özünə yığılmasına səbəb olur. Yəni bir "avtomatik sistem"dən söhbət gedir. Beləliklə də, bir dəfə başlayan qanad hərəkətləri, sistemə nəzarət edən sinirlərdən əks bir xəbərdarlıq siqnalı gəlmədikcə fasiləsiz davam edər.
Uçuş mexanizmi bu halıyla, qurulma yoluyla yayı sıxışdırılan bir saatın işləməsinə bənzədilə bilər. Parçalar elə yerləşdirilmişdir ki, tək bir hərəkət, qanadların çox asan bir şəkildə çırpılmasını təmin edir. Burada qüsursuz bir dizayn olduğunu görməmək qeyri-mümkündür. Allahın qüsursuz yaratması, açıq şəkildə ortadadır.

İtələmə qüvvəsini təmin edən sistem
Düzgün bir uçuş təmin etmək üçün qanadların yalnız yuxarı-aşağı doğru hərəkət etməsi kifayət deyil. Həmçinin qanadların qaldırma və itələmə gücü təmin edə bilmələri üçün hər qanad çırpımı əsnasında hərəkət bucaqlarını da dəyişdirmələri lazımdır. Böcək növlərindən asılı olaraq qanadların müəyyən bir dönmə elastikliyi vardır. Bu elastikliyi həmçinin uçuş üçün lazım olan enerjini də yaradan birbaşa uçuş əzələləri təmin edir.
Məsələn, daha çox yüksəlmək lazım olduğu zaman qanad oynağının arxasındakı bu əzələlər daha çox büzülərək qanad bucağını artırır. Yüksək sürətli fotoqrafiya texnikasından istifadə edilərək aparılan tədqiqatlarda qanadların uçuş əsnasında elliptik bir orbit üzrə hərəkət etdikləri müşahidə edilmişdir. Yəni milçək qanadlarını yalnız yuxarı-aşağı doğru hərəkət etdirmir, əksinə suda avar çəkən kimi dairəvi bir hərəkət edir. Məhz bu hərəkət, bilavasitə əzələlər sayəsində mümkün olur.
Çox kiçik gövdəli böcək növlərinin uçuş əsnasında qarşılaşdıqları ən böyük problem, hava axınının, dolayısilə də onun yaratdığı müqavimətin bu böcəklər üzərində heç də az hesab edilməyəcək ölçüyə çatmasıdır. Bu kiçik həşəratlarda hava, elə bil, qanadlara yapışır və onun iş qabiliyyətinin azalmasına səbəb olur.
Bu səbəblə də forcipomyiinae kimi qanadlarının eni 1 mm-i keçməyən milçəklər, havanın müqavimətini dəf edə bilmək üçün qanadlarını saniyədə 1000 dəfə çırpmalıdırlar.
Bununla belə, tədqiqatçılar nəzəri olaraq bu sürətin belə böcəyin uçmasına kifayət edə bilməyəcəyini və böcəklərin başqa sistemlərdən faydalandıqlarını düşünürlər.
Məsələn, bir növ parazit olan Encarsia kimi kiçik böcəklər "çırpma və silkələmə" deyə adlandırılan bir üsuldan faydalanırlar. Bu üsulda qanadlar ən üst nöqtəyə çatanda bir-birinə dəyir və sonra da açılır. Açılarkən əvvəlcə qanadların sərt bir damara sahib ön kənarları bir-birindən ayrılır və arada yaranan alçaq təzyiqli bölgəyə hava axını baş verir. Bu hava axını da qanadların ətrafında bir burulğan meydana gətirir və qanad çırpışlarının qaldırma qüvvəsinə kömək edir.
Milçəklər havadakı mövqelərini sabit saxlaya bilmək üçün də xüsusi bir sistemlə yaradılmışlar. Bəzi milçəklərin yalnız bir cüt qanadı vardır, arxa tərəfdə isə halter (latınca halteres; arxa və ya ön qanadların dəyişməsiylə meydana gəlmiş, uçuşda tarazlığı təmin edən orqan kimi ixtisaslaşmış bir cüt quruluşdur) adında toppuz formasında bir quruluş vardır. Heç bir qaldırma qüvvəsi meydana gətirməməsinə baxmayaraq, bunlar ön qanadlarla birlikdə titrəşər. Uçuş istiqaməti dəyişəndə ​​həmin bu strukturlar hərəkət edir və böcəyin uçuş zamanı yolunu azmasının qarşısı alınır. Bu sistem bu gün təyyarələrdə mövqe müəyyənləşdirmək işinə yarayan hiroskop alətinə bənzəyir.

Böcəklərə məxsus xüsusi tənəffüs sistemi
Milçəklər, öz böyüklükləri ilə müqayisədə olduqca yüksək sürətlərdə uçar. İynəcənin uçuş sürəti saatda 40 km-ə qədər çata bilər. Onlardan daha kiçik olan at milçəklərinin uçuş sürəti isə saatda 50 km-ə çata bilir. Bu sürətləri, bir insanın saatda bir neçə min kilometr sürətlə uçmasına bərabərdir. İnsanlar bu sürətə yalnız reaktiv təyyarələr sayəsində nail ola bilərlər. Ancaq reaktiv təyyarələrin ölçüsünün də olduqca böyük olduğu düşünülsə, milçəklərin bu təyyarələrdən belə daha sürətli uçduqları aydın olar.
Reaktiv təyyarələr sahib olduqları yüksək sürətli mühərrikləri işlədə bilmək üçün çox xüsusi yanacaqlardan istifadə edərlər. Milçəklərin uçuşu da yenə yüksək bir enerji tələb edir. Üstəlik, bu enerjini yandırmaq üçün bol miqdarda oksigenə ehtiyacları vardır. Məhz bu yüksək oksigen ehtiyacı, milçək və digər həşəratların bədəninə yerləşdirilən fövqəladə bir tənəffüs sistemiylə təmin edilir.
Bu tənəffüs sistemi, bizimkindən çox fərqlidir. Biz havanı ağciyərlərimizə çəkərik. Oksigen burada qana qarışar, sonra da qan yolu ilə bütün bədənə paylanar. Amma milçəklərdəki oksigen ehtiyacı o qədər böyükdür ki, oksigenin qan yoluyla hüceyrələrə getməsini gözləyəcək vaxt yoxdur. Bu səbəblə də çox xüsusi bir sistem dizayn edilmişdir. Hava, milçəyin bədəninin fərqli bölgələrinə kapilyar kanallar yolu ilə paylanar. Eyni bədəni əhatə edən damar sistemi kimi, çox sayda kanala ayrılan bir də hava sistemi vardır. Bu sayədə uçuş əzələlərini meydana gətirən hüceyrələr oksigeni bilavasitə bu kanallardan qəbul edir. Bu sistem həmçinin saniyədə 1000 dövr kimi yüksək rəqəmlərlə çalışan əzələlərin soyudulmasını da təmin edir.
Bu sistemin çox açıq bir yaradılış nümunəsi olduğu isə aydındır. Bu cür həssas bir dizayn, heç bir təsadüflə açıqlana bilməz. Bu sistemin təkamülün iddia etdiyi kimi mərhələli şəkildə inkişaf etməsi də qeyri-mümkündür. Çünki hava kanalları tam olaraq qurulub işləmədiyi müddət ərzində, ara mərhələlər canlıya üstünlük təmin etməyəcək, əksinə tənəffüs sistemini yararsız hala gətirib ona zərər verəcək.
Başdan bəri araşdırdığımız bütün bu sistemlər, milçəklər kimi, bəlkə də, çox əhəmiyyət vermədiyimiz canlılarda belə fövqəladə bir dizayn olduğunu göstərir. Tək bir milçək belə, Allahın yaratmasındakı qüsursuzluğu göstərən bir möcüzədir. Digər tərəfdən, darvinizmin ortaya atdığı xəyali "təkamül prosesi" isə, bu milçəyin tək bir sistemini belə meydana gətirmə bilməz.
Allah Quranda insanları bu həqiqət üzərində düşünməyə belə dəvət edir:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!. (Həcc surəsi, 73)

Geri